"Puç olmuş ümidlər" (orijinal adı: ) 8 avqust 1997-ci ildə nümayiş etdirilmiş olan hind musiqili melodramıdır. Film 1997-ci ilin üçüncü hiti olmuşdur.

Süjet xətti

Hindistanlı mühacir Kişor Lal ABŞ-da məskunlaşaraq milyonçu olmağı bacarmışdır. Amma yad ölkədə keçirdiyi bütün illər ona doğma vətənini unutdurmur. Amerikalı kimi böyüyən oğlu Racivə hind mədəniyyətinə məhəbbət aşılamaq üçün ona ənənəvi hind mənşəli həyat yoldaşı tapmağa qərar verir. Seçimi köhnə dostu Suracın qızı Qanqanın üzərinə düşür. Planları müvəffəqiyyətlə həyata keçirilir: oğlu qardaşı ilə Hindistana səyahət edərək Amerikaya gənc gəlini gətirirlər. Ancaq ABŞ-da bir dəfə Qanqa başa düşür ki, Raciv onun gələcək həyat yoldaşı olacaq şəxs haqqındakı fikirlərinə müvafiq gəlmir və onun üçün həyat tərzini dəyişmək niyyətində deyil. Bundan əlavə, Qanqanın getdikcə daha çox müştərək cəhətləri olan bəyin qardaşı Arcuna bağlılıq hissi onun Kişor Lalın fikirlərinə qarşı getməsinə olur. Tezliklə hər ikisi də bir-birlərini sevdiklərini başa düşürlər, lakin Kişor Lalaya verdiyi sözə sadiq qalan Arcun Racivi daimi olaraq Qanqanın gözündə ucaltmağa çalışır. Yalnız Racivin Qanqanı zorlama cəhdindən sonra Arcun və Qanqa onun oğlu haqqında həqiqətləri Kişor Lala açırlar. Oğlu ilə bağlı olan ümidlərinin puç olduğunu başa düşən Kişor Lal oğlunun Qanqa ilə evlənməsindən imtina edir və Arcunun sevimli qızı elan etdiyi Qanqa ilə evlənməsinə razılaşır.

Rollarda

Şahrux Xan - Arcun Saqar Amriş Puri - Kişor Lal Mahima Çaudhari - Kusum Qanqa Apurva Aqnihotri - Raciv Alok Nath - Surac Dev Madhuri Bhatia - Nita Smita Caykar - Padma Dina Pathak - Suracın anası Himani Şivpuri - Kulvanti

İstinadlar

Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Las-Veqas haqqında filmlər Kateqoriya:Las-Veqas Valleydə çəkilmiş filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Digər dillərdə yenidən çəkilmiş hind filmləri Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:1997-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Vankuverdə çəkilən filmlər