Volfqanq Puşniq () — avstriyalı caz musiqiçisi (Saksofon, Fleyta, klarnet) və bəstəkardır. thumb|260x260px| Puşniq 2008-ci il,konsertdə.
Tərcümeyi-halı Vyana Konservatoriyasında saksofon və fleyta üzrə təhsil aldıqdan sonra Puşniq 1970-ci illərin ortalarında Vyana İncəsənət Orkestrinin qurucu üzvlərindən biri olmuşdur. Burada 1989-cu ilə qədər çalışmışdır. Eyni zamanda bu müddət ərzində o, müxtəlif musiqi qruplarında üzv olmuşdur. 1991-ci ildə caz musiqiçiləri ilə birlikdə çalışmağa başlamışdır. ( JazzFest Berlin 2006, Musikfest Waidhofen / Thaya 2007). Bundan əlavə, o, dəfələrlə Koreyanın SamulNori adlı zərb alətləri ansamblı ilə birgə çıxış edib.
Puşniq həmçinin Vyana Musiqi və İfa Sənəti Universitetinin professorudur.
Mükafatları
1998: Hans Koller mükafatı "İlin caz musiqiçisi" 2003: Karintiya Mükafatı 2004: Klagenfurt Universitetinin fəxri doktoru adını alan ilk musiqiçi 2016: Karintiya Zabit Xaç Ordeni 2022: Karintiya mədəniyyət Mükafatı ( )
Diskoqrafiya
Solo albomları
1988: Pieces Of The Dream (Amadeo)
1991: Alpine Aspects (Amadeo)
1995: Mixed Metaphors (Amadeo) 1997: Dream Weavers (Label Hopi) 1998: Roots & Fruits (EmArcy) 1999: Aspects (Pao Records) 2001: Chants (Quinton Records) 2006: Things Change: The 50th Anniversary Box (EmArcy), 3xCD
İstinadlar
Xarici keçidlər
Wolfgang Puschnig in SR-Archiv österreichischer Popularmusik
Kateqoriya:XXI əsr kişi musiqiçiləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1956-cı ildə doğulanlar Kateqoriya:Avstriya musiqiçiləri Kateqoriya:Avstriya bəstəkarları