Ədibə Mir Cəlal qızı Paşayeva () — Azərbaycanlı alim, filoloq-ədəbiyyatşünas, professor.

Həyatı Ədibə Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində anadan olub. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

2005-ci ildə dosent, 2017-ci ildə professor elmi adını alıb.

Ailəsi Azərbaycan SSR əməkdar elm xadimi Mir Cəlal Paşayevin qızı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bibisidir.

Ailəlidir, iki övlad anasıdır.

Fəaliyyəti Ədibə Paşayeva məzun olduqdan sonra əmək fəaliyyətinə elə həmin universitetdə başlayıb. 1969-cu ildən 1979-cu ilə qədər ADU-nun rus ədəbiyyatı kafedrasının müəllimi 1979-cu ildən baş müəllimi, 1988-ci ildən xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. 2004–2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub.

Hazırda 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ədibə Paşayeva bir çox kitab və dərsliklərin müəllifidir.

Kitabları 2004, Rus dili (Beynalxalq münasibətlər və beynalxalq hüquq fakültəsinin xarici tələbələri üçün dərs vəsaiti). Bakı. 2006, Rus dili dialoqlarda (dərs vəsaiti). Bakı 2007, Rus dili monoloqlarda (dərs vəsaiti). Bakı 2011, Paşayeva Ə., Quliyeva İ., Bədəlova N. "Rus dili"-7 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), Bakı, 160s. 2011, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. "Rus dili"-8 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), Bakı, 160s. 2011, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. "Rus dili"-9 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), Bakı, 200s. 2011, Paşayeva Ə., Bədəlova N., Quliyeva İ. "Rus dili"-11 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), Bakı, 160s. 2011, Paşayeva Ə., Quliyeva L., Seyidzadə L. Rus dili (hazırlıq fakültəsində oxuyan tələbələr üçün iş dəftəri). Bakı, 2011. 2014, Paşayeva Ə. M., Əliyeva S. A., Rzayev F. A. "Ədəbiyyat" (abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün yenidən işlənmiş və təkmilləşdirilmiş dərs vəsaiti) (rus dilində). Bakı, 671 s. 2015, Paşayeva Ə., Quliyeva L., Seyidzadə L. "Rus dili" (humanitar fakültələrdə oxuyan tələbələr üçün dərs vəsaiti). Bakı, 241 s. 2017, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. Rus dili −10 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi). Bakı, 215 s. 2017, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. "Rus dili"-8 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), (yenidən işlənmiş və təkmilləşdirilmiş). Bakı, 160s.

Mükafatları 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" fəxri adı verilmişdir. 2013-cü ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

İrsi 2023-cü ildə Bakı Dövlət Universitetində professor Ədibə Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

İstinadlar

Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Paşayevlər