Ermənifobiya və ya antiermənilik — ermənilərə və ya Ermənistana qarşı yazılı və ya vizual formada olan mübahisəli düşmənçilik və ya nifrət forması. Türkiyədə və Azərbaycanda geniş bir formada yayılmışdır.

Türkiyədə

Türkiyədə yaşayan erməni milli azlığı müntəzəm olaraq ifrat sağçıların və ya türk milliyətçilərinin şifahi və yazılı formada olan zorakılığına, təhqir və təhdidlərinə məruz qalır. 2012-ci ildə Taksim meydanında təşkil edilmiş olan Xocalı soyqırımının anım günündə erməniləri təhdid edən və nifrət ifadələri ehtiva edən pankartlar və bannerlər nümayiş etdirilmişdir.

Bəzi yazıçıların fikirlərinə görə, Türkiyədə ermənilərə qarşı olan nifrətin bir nümunəsi də 19 yanvar 2007-ci ildə "Aqos" qəzetinin baş redaktoru Hrant Dinkin qətlə yetirilməsidir.

İstinadlar

Kateqoriya:İrqçilik Kateqoriya:Sosial psixologiya