Kunovitsa döyüşü — Yanoş Hunyadinin başçılıq etdiyi səlibçilər ilə Osmanlı imperiyasının ordusu arasında 2 və ya 5 yanvar 1444-cü ildə indiki Serbiyanın Pirot və Niş arasında yerləşən Kunovitsa (Suva Planina) dağı yaxınlığında baş vermiş döyüş. Bu, daha geniş Varnaya səlib yürüşünün bir hissəsi idi.
Döyüş Xristian kontingenti geri çəkilməyə 24 dekabr 1443-cü ildə, Zlatitsa döyüşündən sonra başlamışdı. Osmanlı qoşunları İskır və Nişava çaylarından keçərək onların ardınca getmiş, Kunoritsa keçidində Georgi Brankoviçin komandanlığı altında Serbiya despotluğunun ordularının arxa cinahlarına hücum etmişdir (bəzi mənbələrdə pusquya düşdükləri qeyd edilmişdir). Döyüş gecə vaxtı, tam ayın altında baş vermişdir. Artıq keçiddən keçmiş Hunyadi və Vladislav öz ehtiyatlarını piyadalar tərəfindən qorunaraq tərk edərək dağın şərq tərəfində çayın yaxınlığında Osmanlı qüvvələrinə hücum etmişdilər. Osmanlılar məğlub olmuş və bir çox Osmanlı sərkərdələri, o cümlədən Çandarlı nəslindən olan Mahmud Çələbi (əvvəlki bəzi mənbələrdə Karam bəy adlanırdı) əsir düşmüşdür.
Kunovitsa döyüşündə Osmanlının məğlubiyyəti və sultanın kürəkəni Mahmud bəyin əsir düşməsi ümumi qələbəli yürüş təəssüratı yaratmışdı. Bəzi mənbələrə görə, İskəndər bəy bu döyüşdə Osmanlı tərəfində iştirak etmiş və münaqişə zamanı Osmanlı qüvvələrini tərk etmişdir.
Nəticəsi Bu döyüşdən dörd gün sonra xristian koalisiyası Prokupleyə çatmışdır. Georgi Brankoviç Polşa kralı III Vladislava və Yanoş Hunyadiyə qışda Serbiyanın istehkamlı şəhərlərində qalmağı və 1444-cü ilin yazında Osmanlılara qarşı kampaniyalarını davam etdirməyi təklif etmişdir. Onun təklifini rədd etmiş və geri çəkilmişdilər. 1444-cü ilin yanvarın sonunda Vladislav və Hunyadi öz qoşunları ilə Belqrada çatmışdılar. Onlar fevralda Budaya gəlmiş və burada onları qəhrəman kimi qarşılamışdılar. 1444-cü ildə xristian qüvvələrinin səfirləri Adrianopola göndərilmiş və Seqed sülhü kimi tanınan onillik sülh müqaviləsinin imzalanmasını təşkil etmişdir.
Dövrün Osmanlı mənbələri Kunovitsada baş verən məğlubiyyətdə sərkərdələr Qasım və Turaxan arasındakı rəqabəti günahlandırır, bəzi mənbələr isə Serbiya despotu Georgi Brankoviçin Turaxana döyüşdə iştirak etməməsi üçün rüşvət verdiyini iddia edir. Nəticədə Turaxan gözdən düşmüş və sultan tərəfindən Tokatdakı həbsxanaya sürgün edilmişdir.
Mədəniyyətdə Bu döyüş "Əs, külək" () serb epik mahnısında xatırlanır.
Mənbə İstinadlar
Ədəbiyyat
Babinger, Franz (1992). Mehmed the Conqueror and His Time. Bollingen Series 96. Translated from the German by Ralph Manheim. Edited, with a preface, by William C. Hickman. Princeton, New Jersey: Princeton University Press. ISBN 0-691-09900-6. OCLC 716361786.
Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:Macarıstanın döyüşləri Kateqoriya:1444-cü ildəki münaqişələr Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:İslam tarixi