thumb|right|Kiçik Mədrəsənin bulağı Kiprdə Osmanlı imperiyası dövründə tikilmiş on beş mədrəsə var idi. Qeydlərə əsasən isə qeydiyyatdan keçmiş on bir mədrəsə olub.Atalay, Talip. "Geçmişten Günümüze Kıbrıs" (Türkçe) Bu mədrəsələr orta məktəb səviyyəsində təhsil verirdilər. Adadakı ilk mədrəsə 1573-cü ildə Lefkoşada tikilmiş Böyük Mədrəsə idi. Lefkoşadakı Kiçik Mədrəsə isə ondan beş il sonra tikilib. On iki mədrəsədən yalnız səkkizi Britaniya Kipri dövrünə qədər təhsil fəaliyyətini davam etdirə bilib.
On beş mədrəsədən doqquzu yalnız Türkiyə tərəfindən tanınan Şimali Kiprdə, beşi isə adanın cənub hissəsində yerləşir. Onlardan birinin harada yerləşməsi ilə bağlı məlumat yoxdur. Ən çox mədrəsə olan qəsəbə yeddi mədrəsəsi ilə Lefkoşa, ikinci yerdə isə iki mədrəsəsi ilə Pafos gəlir. Famaqusta, Larnaka, Limasol, Peristerona və Lefkada də mədrəsə var.
Osmanlı dövründə adada mədrəsə təhsili çox yüksək səviyyədə idi. A.Süha adlı tədqiqatçıya görə; bu dövrdə Kiprdəki mədrəsələrə Anadolunun cənubundan tələbələr cəlb olunurdu. Mersin, Anamur, Antalya və Adana tələbə göndərən əsas şəhərlər olub. XVI əsrdən sonra bütün Osmanlı imperiyasında olduğu kimi adada da bu təhsil növü zəifləməyə başladı. Əvvəllər onların bağlanması qanunla qadağan edilmişdi. Daha sonra Osmanlı dövrünün sonunda və İngiltərə hakimiyyəti altında bu təhsil daha da zəiflədi və 1939-40-cı illər tədris mövsümündə sonlandırıldı. Təhsil verən son mədrəsə olan Böyük Mədrəsə 1936-cı ildə söküldü; lakin tədris bir müddət davam etdi. 1931-ci ildə sözügedən mədrəsənin sökülərək yenidən tikiləcəyi xəbəri üzərinə bəzi ada sakinləri mədrəsəyə qarşı çıxdılar. Bu gün mədrəsələrin çoxu xarabalıqlara çevrilmişdir. Mədrəsələr Müxtəlif mənbələrdə bəzi mədrəsələrin tikintisi ilə bağlı müxtəlif tarixlər verilib. Belə tikinti tarixləri "/" işarəsi ilə göstərilmişdir. Mədrəsə Digər adları İnşa tarixi Yeri Sifarişçi Qeydlər Büyük Mədrəsə 1573 Lefkoşa İsmail Ağa Kiçik Mədrəsə 1578 Lefkoşa Bilinmir Pir Paşa mədrəsəsi Piri Mehmed Paşa mədrəsəsi 1580-1584 Lefka Piri Mehmed Paşa Kiçik Ayasofya mədrəsəsi 1640 Lefkoşa Saadəttinzadə Müftü Əhməd Əfəndi Pafos mədrəsəsi 1688 Pafos Mahmut bəy Əbu Bəkir Sarayönü mədrəsəsi Sarayönü mədrəsəsi 1748 Lefkoşa Bəkir Paşa Ərəb Əhməd mədrəsəsi Ərəb Paşa mədrəsəsiHəmidiyə mədrəsəsiƏrab Əhməd mədrəsəsi 1764-1782 Lefkoşa Şəraibzadə Osman Əfəndi Sezayizadə mədrəsəsi 1791 Lefkoşa Hacı Osman İskələ mədrəsəsi 1816-1826 Larnaka Hacı İbrahim Ağa Əhməd Rəşid mədrəsəsi 1820 Bilinmir Qütüb Osman mədrəsəsi Famaqusta mədrəsəsi 1826 Famaqusta Seyid Mehmed Ağa Laləli mədrəsə 1827 Lefkoşa Muhassıl (Kipr valisi) Əli Ruhi Əfəndi Limasol mədrəsəsi Köprülü mədrəsəsi 1825-1829 Limasol Körpülü Hacı İbrahim Ağa Pafos mədrəsəsi Hoca İbrahim mədrəsəsi 1850 Pafos Hoca İbrahim Sıdıq Peristerona mədrəsəsi 1837-1875 Peristerona Bilinmir
Mövcud vəziyyət Bu gün bəzi mədrəsələr xarabalığa çevrilib. Lefkoşadakı Böyük Mədrəsə 1936-cı ildə dağıldıqdan və bir neçə il sonra tamamilə tərk edildikdən sonra xarabalığa çevrildi, mədrəsənin yalnız xarabalıqları qalıb. Bundan başqa, mədrəsənin bulağı bugünümüzədək qalıb. Kiçik Mədrəsənin yalnız xarabalıqları və bulağı günümüzə qədər gəlib çatmışdır.
Peristerona mədrəsəsi də xarabalığa çevrilib. Yalnız Pir Paşa mədrəsəsinin xarabalıqları günümüzə qədər gəlib çatıb. Mədrəsə tikildikdən dərhal sonra 1584-cü ildə dağılmış, 1825-ci ildə təmir edilsə də, zamanla yenidən xarablığa çevrilib.
İqtisadiyyat və əmlak thumb|right|Əli Ruhi Əfəndi bulağının görüntüsü Bütün mədrəsələr Vəqflər İdarəsinə (Evkaf) bağlı idi. Mədrəsələrin tikintisi və tələbələrin təhsili üçün tələb olunan maddiyyat sifarişçilər tərəfindən qarşılanırdı.
1927-1938-ci illərə aid saxlanılmış qeydlərdə Həmidiyyə (Ərəb Əhməd) mədrəsəsi, Böyük Mədrəsə və Kiçik Mədrəsənin vəqfləri olduğu görülür. Məscidin tabeliyində olanların və fəaliyyət göstərməyənlərin qeydiyyatı aparılmırdı. Bu dövrdə vəqflərin köynək, sənəd və vərəq sayı aşağıdakı kimi verilib. Burada köynək sözü “fayl kartonu” mənasında, vərəq sözü isə “yazılı kağız” mənasında işlənmişdir. Mədrəsə Köynək sayı Sənəd sayı Vərəq sayı Böyük Mədrəsə 28 38 38 Kiçik Mədrəsə 7 9 9 Həmidiyyə (Ərəb Əhməd) mədrəsəsi 13 19 19
Mədrəsə bulaqları Böyük Mədrəsə və Kiçik Mədrəsədə bulaqlar tikilmişdir. Hər iki mədrəsədən qalan yeganə zədələnməmiş tikililər onların bulaqlarıdır. Mədrəsələrin suya olan ehtiyacını ödəmək üçün bulaqlar tikilirdi. Kiçik Mədrəsədəki bulağın adı "Əli Ruhi Əfəndi bulağı"dır. Bu bulaq vaxtilə mədrəsənin içərisində olub, lakin indi mədrəsə söküldükdən sonra açıqdadır. Böyük Mədrəsə bulağı 1828-ci ildə tikilib və mədrəsənin həyətində yerləşirdi. Bugünkü günümüzdə təmir edildiyi üçün orijinallığını itirib.
Mədrəsələr və məscidlər Adadakı mədrəsələr əvvəlcə məscidlərdən asılı olmayaraq tikilmişdir. Sonralar məscidlərin nəzdində mədrəsələr artmağa başladı. Bu gün məscidlərlə eyni adlı mədrəsələr də var. Peristerona məscidi və Peristerona mədrəsəsi, Pir Paşa məscidi və Pir Paşa mədrəsəsi bunlardan bir neçəsidir.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Şimali Kipr məscidləri Kateqoriya:Şimali Kipr Türk Respublikası Kateqoriya:Kipr Kateqoriya:Nikosiya tikililəri