Aşıqalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Aşıqalılar kənd inzibati ərazi dairəsində kənd. 22 may 2007-ci il tarixli 345-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Beyləqan rayonunun Aşıqalılar kəndi Əhmədli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqalılar kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası 1933-cü ildə Qaradonlu (İmişli) rayonunun Xələc i.ə.v.-də bu etnotoponim Aşqallar variantında qeydə alınmışdır. Aşqal "arıq, döllüyə yaramayan" deməkdir. Aşaqalılar isə XIX əsrdə Mil düzündə yaşamış xələç tayfasının bir qolunun adıdır.

Əhalisi Əhalisi 2016 nəfərdir (2009). Kənd əhalisi Türkmənlərdən ibarətdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Beyləqan rayonunun kəndləri