thumb| Rampin atlısı, Luvr.

Arxaik təbəssüm — Arxaik Yunanıstanda xüsusilə e.ə. VI əsrin ikinci rübündə heykəltəraşlar tərəfindən istifadə edilmiş heykəltəraşlıq detalı. Bu, ehtimal olunur ki, heykəllərin mövzusunun canlı olduğunu və rifah hissi ilə aşılandığını çatdırmaq üçün icra edilmişdir. Arxaik təbəssümün ən məşhur nümunələrindən biri Kryoz Kuros, digəri isə Peplos Koradır.A Brief History of the Smile, Angus Trumble, 2005, , p.11, Google Books link. "Archaic smile", Britannica Online Encyclopedia, 2009, webpage: Archaic-smile EB-Smile.

Qədim Yunanıstanın Arxaika dövrünün ortalarında (təqribən e.ə. 800–480-ci illər) populyar sənətdə arxaik təbəssümə malik insanların təsvirləri müşahidə olunurdu. Bunu bütün materik Yunanıstanında, Kiçik Asiyada və Egey dənizində yerləşən adalarda aparılan qazıntılarda tapılan heykəllər sübut edir. Konvensiyanın əhəmiyyəti məlum deyil, baxmayaraq ki, adətən yunanlar üçün belə bir təbəssüm ideal sağlamlıq və rifah vəziyyətini əks etdirirdi.Middle Archaic Phase(Smile) Retrieved 24 September 2010 Həmçinin, belə bir fikir də irəli sürülmüşdür ki, bu, sadəcə olaraq, arxaik heykəltəraşlıq üçün xarakterik olan bir qədər bloka bənzər başın ağzının əyri formasını uyğunlaşdırmaqda yaranan texniki çətinliyin nəticəsidir. Riçard Nir Yunanıstanın bir çox şəhərinin aristokratlarını "gülümsəmişlər" adlandırdıqları üçün arxaik təbəssümün həqiqətən statusun göstəricisi ola biləcəyini nəzəriyyə etmişdir.

İstinadlar

Xarici keçidlər The Dying Warrior from the Temple of Alphaisa

Kateqoriya:Qədim Yunanıstan heykəlləri Kateqoriya:İkonoqrafiya Kateqoriya:Mimika Kateqoriya:Qədim Yunanıstan mədəniyyəti