Live. Love. ASAP (stilizə olunur: LIVE.LOVE.A$AP) — ABŞ repçisi ASAP Rocky-nin debüt miksteypi. 31 oktyabr 2011-ci ildə pulsuz rəqəmsal yükləmə formatında buraxılıb. Miksteypdəki mahnıların bitləri Clams Casino, ASAP Ty Beats, DJ Burn One və SpaceGhostPurrp daxil olmaqla xeyli sayda prodüserlərin iştirakı ilə hazırlanıb. Bəzi treklərdə repçilər Schoolboy Q və Fat Tony, həmçinin ASAP Rocky-nin hip-hop qrupu olan ASAP Mob-un üzvlərindən ifalar var.
Rocky miksteypi buraxmazdan əvvəl tanıtım məqsədi ilə əvvəlcədən iki sinql təqdim edib: "Peso" və "Purple Swag". Bu sinqlların uğuru səsyazma leybllarının diqqətini çəkir və nəticədə Rocky ilk müqaviləsini bağlayır.
Trek siyahısı 01. Palace 02. Peso 03. Bass 04. Wassup 05. Brand New Guy (feat. ScHoolboy Q) 06. Purple Swag: Chapter 2 (feat. SpaceGhostPurrp and ASAP Nast) 07. Get Lit (feat. Fat Tony) 08. Trilla (feat. ASAP Twelvyy and ASAP Nast) 09. Keep It G (feat. Chace Infinite and SpaceGhostPurrp) 10. Kissin' Pink (feat. ASAP Ferg) 11. Houston Old Head 12. Acid Drip 13. Leaf (feat. Main Attrakionz) 14. Roll One Up 15. Demons 16. Out of This World
İstinadlar
Kateqoriya:2011-ci ilin miksteyp albomları Kateqoriya:RCA Records miksteyp albomları Kateqoriya:Müstəqil buraxılan miksteyp albomları Kateqoriya:ASAP Rocky albomları Kateqoriya:Clams Casino tərəfindən prodüserlik edilmiş albomlar