thumb| Gündüz bəyin məzarı (2011) Gündüz bəy (d. 1245? – ö. 1299 İnəgöl) — Oğuz türklərinin Bozox tayfa ittifaqının Qayı tayfasından olan Ərtoğrul Qazi ilə Həlimə Xatunun böyük oğludur. O, Osmanlı imperiyasının banisi olan I Osmanın böyük qardaşıdır.
Əskişəhərdə sancaqbəyi olmuşdur. O, həm də Osmanlı imperiyasının ilk subaşısıdır. Aydoğdu bəy və Aktemur bəy adlı iki övladı olmuşdur.
Gündüz bəy 1299-cu ildə baş vermiş olan İnəgölün tutulması zamanı vəfat etmişdir.
Populyar mədəniyyətdə yeri
1988-ci ildə TRT 1-də yayımlanmış olan Türk serialı "Kuruluş Osman"da Eşref Kolçak tərəfindən canlandırılmış, 2014-2019-cu illər arasında yenə də TRT 1-də yayımlanmış olan, Diriliş Ərtoğrul serialında isə uşaqlıq dövrünü Yaman Tümen, gənclik dövrünü isə Arif Diren canlandırmışdır.
Axırıncı dəfə isə, hal-hazırda ATV -də yayımlanmış olan Quruluş Osman adlı serialda isə Emre Başalak tərəfindən canlandırılmışdır.
Həmçinin baxın
Gündüz Alp Qayı tayfası Saru Batu Savcı bəy Dündar bəy Kateqoriya:1299-cu ildə vəfat edənlər Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Osmanlı sülaləsi Kateqoriya:I Osman
İstinadlar