Praskovya (Paşa) Nikitiçna Angelina (; ) — SSRİ Ali Sovetinin I-V çağırışlarının deputatı, Staxanovçu. O, SSRİ-də ilk qadın traktorçulardan biri kimi tanınırdı və texniki sahədə təhsili olan qadın sovet işçisinin simvolu kimi məşhurlaşmışdı.

Həyatı Angelina Donetsk vilayətinin Starobeşeve kəndində, yunan kəndli ailəsində anadan olub. Onun atası təsərrüfat işçisi idi, anası isə daxmaları əhənglə boyayırdı.Sergei Tretyakov, «Девять девушек», Вчера и сегодня: очерки русских советских писателей, Vol. 1, p. 306; tr. as "Nine Girls," in James Von Geldern and Richard Stites (eds.), Mass Culture in Soviet Russia: Tales, Poems, Songs, Movies, Plays, and Folklore, 1917-1953 (Indiana University Press, 1995: ), p. 218.

Angelina 1929-cu ildə traktorçuluq kurslarına getməyə başlayıb. O 1933-cü ildə sadəcə qadınlardan ibarət traktor briqadası təşkil etmiş və bu briqada verilmiş kvotanın 129%-ni yerinə yetirərək rayonun traktor komandaları arasında birinci olmuşdur. Angelina bununla da məşhur olmuş, mediada önə çıxmış və təbliğat afişalarında təsvir edilməyə başlamışdır.

1935-ci ildə Kremldə partiya və dövlət rəhbərləri ilə konferasda iştirak etmiş "Kənd Təsərrüfatı Əməyi Çempionları" sırasında Praskovya Angelina da var idi. O həmin konfransda öz rayonunda qadınlardan ibarət daha 10 traktor dəstəsi təşkil edəcəyini rəsmən vəd etmişdir. Angelina 1937-ci ildən Sov.İKP(b)-nin üzvü olub və SSRİ Ali sovetinin deputatı seçilib. Angelina 1938-ci ildə "Yüz min rəfiqə - traktora!" () adlı müraciət imzalayıb. O, bu şüarla məşhurlaşmış və texniki biliklərə malik sovet qadın işçilərinin simvoluna çevrilmişdir.

Qadınların çiyin-çiyinə verərək traktorla işləməsi İkinci Dünya müharibəsindən əvvəl və müharibə zamanı daha çox kişinin Sovet Ordusuna çağırılmasına şərait yaratdı. İkinci Dünya müharibəsi illərində Angelina Moskvada iki il kənd təsərrüfatı üzrə təhsil almış və hərbi əməliyyatların sonuna qədər Qazaxıstan SSR-də briqada rəisi işləmişdir. Müharibədən sonra o, Starobeşevo qayıtmış və burada da eyni vəzifədə işləmişdir.

Praskovya Angelina 1948-ci ildə nəşr olunmuş "Lyudi kolxoznıx poley" adlı avtobioqrafik kitabın müəllifidir.

Angelina 1959-cu ildə Moskvada sirrozdan vəfat etmiş və Starobeşevoda dəfn edilmişdir. Orada bir küçəyə onun adı verilmiş, muzey açılmış və tuncdan büstü qoyulmuşdur.

Mükafatlar Angelina iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1958), həmçinin "Stalin" mükafatı laureatı (1946) olub, üç Lenin ordeni və bir "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib.

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:İkiqat Sosialist Əməyi Qəhrəmanları