Seniha Hızal () — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Trabzon seçki dairəsinin millət vəkili olaraq fəaliyyət göstərib.

Şəxsi həyatı Seniha Hızal 1897-ci ildə Osmanlı imperiyasında, Adapazarı ilçəsində Nafiz və həyat yoldaşı Hüsniyənin ailəsində anadan olub. O, ibtidai təhsilini Fatih orta məktəbində () aldıqdan sonra Qız peşə məktəbinə daxil olub. Hızal daha sonra 14 oktyabr 1916 – 15 sentyabr 1917-ci il tarixləri arasında Ali müəllimlər texnikumunda (Dârülmuallimât) təhsil almışdır. O, 1918-ci ildə indiki İstanbul Universiteti olan Darülfünunu bitirib və təhsil müəssisəsinin ilk qadın məzunlarından biri olub.

1934-cü ildə Soyad Qanununun qüvvəyə minməsindən sonra "Hızal" soyadını qəbul etdi. O, heç vaxt evlənməyib. Hizal 22 iyun 1985-ci ildə vəfat etmişdir.

Pedaqoloji fəaliyyəti O, pedaqoloji fəaliyyətinə biologiya müəllimi kimi başlayıb. Seniha Hızal 6 dekabr 1917-ci il — 20 noyabr 1918-ci il tarixləri arasında Müəllimlər texnikumunun müdiri olmuşdur. O 26 mart 1919-cu ildə Erenköy biologiya müəllimi təyin edilib.

Seniha Hızal 22 mart 1922-ci ildə Təhsil Baş Müfəttişləri İdarəsində Müfəttişlər Şurasına təyin edilmiş və bununla da Türkiyədə ilk qadın təhsil müfəttişi olmuşdur.

O, 27 fevral 1923-cü ildə Kandilli qız orta məktəbinin uşaq tərbiyəsi müəllimi və müdir müavini, 8 noyabr 1923-cü ildə İstanbul qız müəllimlər məktəbinin müdir müavini, 15 sentyabr 1924-cü ildə isə Bursadakı Qız müəllimlər məktəbinin müdiri təyin olunmuşdur. 27 oktyabr 1925-ci ildə yenidən İstanbul qız müəllimlər məktəbinin müdiri olmuşdur. Hızal 12 dekabr 1926-cı ildə İstanbul bölgəsi üzrə baş müfəttiş olub.

Hızal 1931-ci ildə İstanbulun Şişli şəhərində "Yeni Türkiyə" ("Yeni Türkiye") adlı özəl məktəb yaratmış və siyasi karyerasına başlayana qədər həmin məktəbin müdiri olmuşdur.

Siyasi karyerası 8 fevral 1935-ci ildə keçirilən parlament seçkilərində Seniha Hızal Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən deputat namizədi göstərilmiş və o, Trabzon millət vəkili olaraq 5-ci parlamentə daxil olmuşdur. Bununla da o, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri olub.

Parlamentdəki dörd illik fəaliyyəti dövründə o, Təhsil Əncüməninin tərkibində olub, həmçinin digər müvəqqəti əncümənlərdə də fəaliyyət göstərib. Hızal 1936-cı il iyunun 13-də Uşaqları Müdafiə Cəmiyyətinin qurultayında iştirak etmiş və qurumun Mərkəzi İdarə Heyətinin üzvü seçilmişdir.

Onun siyasi karyerası 3 aprel 1939-cu ildə, 1939-cu il parlament seçkilərindən əvvəl başa çatmışdır.

Öz peşəsinə qayıdış Hızal siyasəti tərk etdikdən sonra yenidən öz peşəsinə qayıtdı və 27 iyul 1939-cu ildə təhsil müfəttişi təyin edildi. O 1949-cu ilə qədər bu vəzifəni icra etmiş və daha sonra İstanbul Beyoğlu qız liseyinə biologiya müəllimi təyin edilmişdir. Hızal 3 oktyabr 1954-cü ildə təqaüdə çıxıb.

İstinadlar

Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türkiyə pedaqoqları