Berlin (həmçinin Money Heist: Berlin və ispanca La casa de papel: Berlín olaraq da bilinir) — Aleks Pina və Ester Martines tərəfindən yaradılan və Netflixdə yayımlanan teleserial. Serial orijinal serial "La casa de papel"in 1 və 2-ci mövsümlərindəki hadisələrdən əvvəl baş verənləri, Berlin kimi tanınan Andres de Fonollosanın həyatından bəhs edir. Baş rollarda Pedro Alonso, Mişel Cenner, Tristan Ulloa, Beqonya Varqas, Culio Pena Fernandez, Joel Sancez və Samanta Sikeiros iştirak edir. Serialın 29 dekabr 2023-cü ildə Netflix-də premyerası baş tutdu və 8 seriyadan ibarət 1-ci sezonu yayımlandı. Serial bir çox tənqidçilər tərəfindən orijinal "La casa de papel" standartına uyğun gəlmədiyi qeyd edilərək qarışıq rəylər aldı.'Berlin' Review: Nothing thrilling about this 'Money Heist' spin-off

19 fevral 2024-cü ildə serial ikinci mövsüm üçün yeniləndi. Çəkilişlər 2025-ci ilin yanvarında başlamışdır.

Süjet Pul soyğunu hadisələrindən illər öncə Berlin bir soyğun etdi və € 44 milyon avro dəyərində daş-qaş oğurlayaraq həmin daş-qaşların təhlükəsizliyini qoruyan şəxsi günahkar çıxardı. O, həmin vaxtlar cinayətkar dəstənin başçısı idi — Keila (Mişel Cenner), Damian (Tristan Ulloa), Kamerun (Beqonya Varqas), Brus (Joel Sancez) və Roi (Culio Pena Fernandez). Serialdakı hadisələr əsasən Parisdə cərəyan edir. Günahı atacaqları qurbanı izləyərkən Berlin qurbanın arvadına aşiq olur və işlər qarışır.

Personajlar

Əsas Pedro Alonso — Andres de Fonollosa və ya Berlin — Kamiye Tristan Ulloa — Damian Mişel Cenner — Keila Beqonya Varqas — Kamerun Culio Pena Fernandez — Roi Joel Sancez — Brus

Köməkçi Maria İsabel "Masi" Rodriges — Susi İtsiar İtunyo — Raquel Murillo — Alisia Sierra Montes Miko Cerri — Olivier Martín Aslan — Alain — Eris (Limonsello xanım)

Seriyalar

İstehsal 2021-ci il noyabr aylarının sonunda, "La casa de papel"in 5-ci mövsümünün 2-ci bölümünün yayımlanmasından bir neçə gün öncə Neftlix seriyanın 2023-cü ildə yayımlanacaq spin-off serialını hazırlayacağını və Pedro Alonsonun orijinal seriyaldakı eyniadlı rolu yenidən canlandıracağını bildirdi. 28 sentyabr 2022-ci ildə Alonso ilə birlikdə Mişel Cenner, Beqonya Varqas, Tristan Ulloa, Xulio Penya Fernandez və Coel Sançes baş rollarda çəkildi. 2023-cü ilin martında İtsiar İtunyo və Najva Nimrinin də "La casa de papel" serialında canlandırdıqları Raquel Murillo və Alicia Sierra rollarını ifa edəcəkləri elan edildi. Çəkilişlər 2022-ci ilin oktyabrında Fransanın paytaxtı Parisdə başladı və İspaniyanın Madrid şəhərində davam etdi.

Yaradıcılar Aleks Pina və Ester Martinez Lobato öncəki son layihələrindən sonra "daha yüngül" bir şey çəkmək istədilər. "La casa de papel" ilə müqayisədə Berlin daha çox komediya ehtiva edir və daha çok aktyor, məkan istifadə edir. Serial personajları "daha təbii görünmələri" üçün daha geniş ekranda, 2:1 nisbətində çəkilib.

Serial 19 fevral 2024-cü ildə ikinci mövsüm üçün yeniləndi. Çəkilişlər 2025-ci ilin yanvarında başlamışdır.

Tənqid və reaksiyalar "The Daily Beast"dan Noel Murray süjetin və yeni personajların orijinal "La casa de papel"ə uyğun olmadığını qeyd etdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:La casa de papel Kateqoriya:Dram teleserialları Kateqoriya:Ekşn teleserialları