thumb|Adolf Hitler (1889–1945) 1938-ci ildə

(), həmçinin "nasist kartını oynamaq" — başqasının arqumentini onun Adolf Hitler və ya Nasist Partiyası tərəfindən təbliğ edilmiş və ya tətbiq edilmiş eyni ideya olduğu əsasında etibarsız hesab etmək cəhdi. Arqumentləri onlar yanlış olduqları halda "" adlandırmaq olar (məsələn, Hitlerin ət yeməkdən çəkindiyi və ya siqaretin əleyhinə olduğuna görə, bunu edən hər kəs nasistdir). Əksinə, fürerçilik kimi nasizmin xüsusi faşist komponentlərini tənqid edən sadə arqumentlər assosiasiya məntiqi səhvinin bir hissəsi deyil.

1953-cü ildə Leo Ştraus tərəfindən icad edilmiş "" adını məntiqdə istifadə olunan "" ("cəfəngə endirilmə") adlanan termindən götümüşdür.Leo Strauss, Natural Right and History. Chicago: University of Chicago Press, 1965 , p. 42. Ştrausa görə, "" əslində "", "", ya da uyğunsuzluq məntiqi səhvidir. Təklif olunan əsaslandırma assosiasiya ilə təqsirdir. Bu, adətən mübahisələri pozmaq üçün istifadə edilən bir taktikadır, çünki bu cür müqayisələr rəqibin diqqətini yayındırır və onları qəzəbləndirir.

Tərifi "" assosiasiya məntiqi səhvinin bir növüdür. Arqument ondan ibarətdir ki, hansısa siyasət Adolf Hitler və ya Nasist Almaniyası tərəfindən müdafiə olunan və ya həyata keçirilən siyasətə gətirib çıxarır və ya onunla eynidir. Deməli, bu arqument ilkin siyasətin arzuolunmaz olduğunu "sübut edir". ""un başqa bir növü Hitlerin belə bir fikrə sahib olduğunu və ya belə bir hərəkət etdiyini eyham edərək müəyyən bir fikrə və ya hərəkətə qəsdən etiraz etmək niyyəti ilə "Bilirsən, başqa kim ...?" şəklində sual verməkdir.

Hitler və ya nasizmlə müqayisə bir mübahisəni ondan yayındırmaq əvəzinə işıqlandırarsa, "" deyil., Reduction ad Hitlerum: Trumping the Judicial Nazi Card. Michigan State Law Review, Vol. 2009, p. 541-578, 2009 Nasizmin fürerçilik kimi faşist komponentlərini tənqid etmək üçün sadə müqayisələrdən istifadə etmək olar. Bununla belə, səhv bir şəkildə mübahisə etmək olar ki, Hitlerin ət yeməkdən çəkindiyi və ya siqaretin əleyhinə olduğu üçün bunu edən hər kəs nasistdir.

İstinadlar

Xarici keçidlər

Toying with Hitler and History – slideshow by Der Spiegel Mike Huckabee's reductio ad Hitlerum, Lincoln Mitchell, April 7 2013

Kateqoriya:Adolf Hitler Kateqoriya:Qeyri-formal məntiqi səhvlər Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:1950-ci illərdə yaranmış sözlər