Sivas Ulu Məscidi — Türkiyənin Sivas şəhərinin Mərkəz rayonunda yerləşən tarixi məscid.

Tarixi 1196–1197-ci illərdə Kılıç Arslanın ölkəni 11 oğlu arasında bölüşdürdükdən sonra Sivas ilə Aksaray arasındakı bölgəyə Qutbəddin Məlikşah hakim olmuşdur. Həmin dövrdə məscidi Qızıl Arslan bin İbrahim tikdirib. Məscid 1212-ci ildə I İzzəddin Keykavus tərəfindən təmir edilmiş, minarəsi isə 1213-cü ildə tikilmişdir. 1955-ci ildə Sivas Qubernatorluğu tərəfindən bərpa edilərkən həm tikinti, həm də təmir kitabələri tapıldı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Sivas