Jerar Depardye (, ) — Oskar mükafatına namizəd göstərilmiş, Qızıl Qlobus mükafatı sahibi fransız aktor, Fransanın tanınmış kinoaktorlarından biri. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemüz" adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub. Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.
2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri — onun davamçısı və gözəl aktor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib.http://medeniyyet.az/site/?name=content&content=390
3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.
Filmoqrafiya Axırıncı metro (film, 1980) / Le Dernier Métro Uğursuzlar (film, 1981) / La Chèvre 1492: Cənnətin fəthi (film, 1992) / Xristofor Kolumb Paris, mən səni sevirəm (film, 2006) / Paris, je t'aime Çəhrayı həyat (film, 2007) / La Vie en rose
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa aktyorları Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Fransa kinoprodüserləri Kateqoriya:Fransa yazıçıları Kateqoriya:XXI əsr yazıçıları