Con Malkolm Stal (; ) — amerikalı kinorejissor və prodüser. O, daha çox "Onu cənnətə buraxın (1945)", "Həyatın imitasiyası" (1934), "Krallığın açarları" (1945) və "Arxa küçə" (1932) kimi filmləri ilə tanınır.
Həyatı və karyerası Yakob Morris Strelitski Bakıda rus-yəhudi ailəsində anadan olub. O, uşaq olanda ailəsi Rusiya imperiyasını tərk edərək Nyu-Yorka köçüb. Gənc yaşda Con Malkolm Stal adını götürüb və əvvəlcə teatrda, sonra isə şəhərin böyüyən kino sənayesində işləməyə başlayıb. İlk qısametrajlı səssiz filmini 1913-cü ildə çəkib.
1919-cu ildə Hollivudda Louis B. Mayer Pictures ilə müqavilə bağlayıb. 1924-cü ildə MGM Studios-u quran Mayer komandasının üzvlərindən biri idi. 1927-ci ildə Stal Kino Sənəti və Elmləri Akademiyasının otuz altı qurucu üzvündən biri olmuşdur. 1927-ci ildən 1929-cu ilə qədər qısa müddətli müstəqil Tiffany Pictures studiyasında icraçı olub və şirkətin adını "Tiffany-Stahl Productions" olaraq dəyişdirib. İstinadlar
Kateqoriya:Rusiya imperiyasından ABŞ-yə mühacirət edənlər Kateqoriya:Bakı şəxsləri Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Nyu-York şəxsləri