Tom's Obvious, Minimal Language (TOML) — konfiqurasiya faylları üçün fayl formatı. "Minimal" olmağı hədəfləyən aydın semantika sayəsində oxumağın və yazmağın asan olması nəzərdə tutulur və birmənalı şəkildə lüğətə uyğunlaşdırılmaq üçün nəzərdə tutulmuşdur. Tom Preston-Verner tərəfindən yaradılıb və açıq mənbədir. TOML bir sıra proqram layihələrində istifadə olunur və bir çox proqramlaşdırma dillərində tətbiq edilib. Sintaksis TOML-un sintaksisi key = value cütlərindən, [bölmə adlarından] və # (şərhlər üçün) ibarətdir. Sintaksisi bir qədər .INI fayllarının sintaksisinə bənzəyir, lakin TOML formal spesifikasiyanı ehtiva edir.

TOML String, Integer, Float, Boolean, Datetime, Array və Table kimi data növlərini dəstəkləyir. Nümunə # Bu TOML sənədidir

title = "Vikipediya."

[database] server = "192.168.1.1" ports = [ 8000, 8001, 8002 ] connection_max = 5000 enabled = true

# Massivlər (array) içərisində yeni sətirlər qoymaq olar hosts = [ "alpha", "omega" ]

[servers]

# Abzaslar da dəstəklənir amma tələb olunmur [servers.alpha] ip = "10.0.0.1" dc = "eqdc10"

[servers.beta] ip = "10.0.0.2" dc = "eqdc10"

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fayl formatları Kateqoriya:Nişanlama dilləri