Şəfibəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd.

Şəfibəyli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Cənubi Azərbaycandan gəlmiş ailələr bina etmişlər. Oykonim Şəfibəy şəxs adi ilə bağlıdır.

1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri