thumb| Puşkin meydanında OMON-lar OMON (, Rom: otryad mobilnı osobogo naznaçeniya; ) — Sovet İttifaqında, daha sonralar Rusiyada və bəzi digər postsovet ölkələrində mövcud olan xüsusi taktiki polis bölmələrinin adıdır.

Müasir kontekstdə OMON qüvvələri xüsusi təyinatlı qüvvə və ya paramilitar qüvvə kimi təhlükəli şəxslərin həbsləri zamanı, iğtişaşlara nəzarət məqsədi ilə, terrorla mübarizə və yaxud da xüsusi mühafizə kimi missiyalarda istifadə olunurlar. Bundan əlavə, OMON bölmələri Çeçenistan müharibəsi, Sovet İttifaqının dağılması zamanı və sonralar baş vermiş olan silahlı münaqişələrin yatırılması zamanı da mühüm rol oynamışdırlar. OMON bölmələri həmçinin Belarus, Qazaxıstan, Tacikistan və digər keçmiş Sovet ölkələrində də mövcud olsalar da, onların adları və abreviaturaları artıq bəzi keçmiş Sovet ölkələrində dəyişdirilmişdir. Onun üzvləri adətən omonovtsi adlandırılırlar.

Həmçinin baxın

Milis (polis) Spetsnaz SWAT

İstinadlar

Kateqoriya:Rusiyanın xüsusi xidmət orqanları Kateqoriya:SSRİ tarixi