Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Birinci Udullu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Hacıqabul rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Hacıqabul rayonunun kəndləri