Surb Prkiç erməni xəstəxanası — İstanbulun Zeytinburnu rayonunun Kazlıçeşme məhəlləsində yerləşən Kazaz Artin Amira Bezciyanın rəhbərliyi altında erməni icması tərəfindən yaradılmış olan şəxsi xəstəxanadır. Osmanlı sultanı olan II Mahmudun 1832-ci ildəki fərmanı ilə yaradılmış olan xəstəxana 1834-cü il may ayının 31-də tikinti və avadanlıq işlərini başa çatdıraraq xidmətə başlamışdır. Yeddiqüllə Surb Prkiç Erməni Xəstəxanası Fondu tərəfindən idarə olunur. İdarə Heyətinin hal-hazırkı sədri Bedros Şirinoğludur.
Kompleksə həmçinin də Surb Prkiç Erməni xəstəxanası kapellası da daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə xəstəxanaları Kateqoriya:1834-cü ildə yaradılan xəstəxanalar