Anna Mariya Jukovska (; ) — Polşalı hüquqşünas, filoloq və siyasi fəalı. Eyni zamanda Yeni Sol Partiyasının üzvü, Solların parlament klubunun lideri.
O, 2019-cu ildən Polşa Respublikası Seyminin IX və X çağırış deputatıdır. Həyatı 11 iyun 1983-cü ildə Varşavada anadan olan Mariya Jukovska, Varşavanın Mokotov rayonunda böyüyüb.
Varşavada 42 saylı məktəbdə təhsil alıb. Tanınmış aktyor Andjey Şepkovskinin nəvəsi aktrisa Hanna Konarovska ilə bir sinifdə oxuyub.
Varşava Universitetinin Müasir Dillər fakültəsində bakalavr dərəcəsinə yiyələn Mariya Jukovska, 2015-ci ildə eyni Universitetin Hüquq və İdarəetmə fakültəsində hüquq təhsili üzrə magistr dərəcəsinə yiyələnib.
Tərcüməçi kimi fəaliyyət göstərən Anna Mariya həmçinin anası ilə birlikdə ailə biznesini də idarə edib. Siyasi həyatı Demokratik Sol Qüvvələr Birliyinə (DSQ) üzv olan Anna Mariya 21 noyabr 2010-cu ildə keçirilən yerli seçkilərdə Mokotov rayonundan namizədliyini irəli sürsə də seçilmədi.
2010-2013-cü illərdə DSQ-nin gənclər təşkilatı olan Gənc Sosial Demokratlar Federasiyasının Varşava bölməsinin sədri olub.
2011-2015-ci illərdə isə o, Yəhudi Ümumpolşa Gənclər Təşkilatında bölmə sədri olub.
Varşavada təşkil olunan Bərabərlik Paradı təşkilatı komitə üzvlərindən biri olub.
2012-ci ildən DSQ-nin mətbuat katibi olan Mariya, həmçinin 25 oktyabr 2015-ci il parlament seçkilərində iştirak etmək üçün yaradılan Birləşmiş Sol koalisiyası seçki qərargahının mətbuat katibi olub.
2016-cı ilin fevralında Vlodzimej Çajasti DSQ-nin yeni sədri seçildikdən sonra Anna Mariya istefa vermiş Dariuş Yonskini əvəz edərək DSQ-nin mətbuat katibi oldu. O, bu vəzifəni icra edən ilk qadın olub. 2021-ci ilin yanvarında o, DSQ-nin mətbuat katibi vəzifəsindən istefa verdi.
O, 2016-cı ildən Polşada abort qanunlarının sərtləşdirilməsinə qarşı keçirilən "qadınların tətili"nin fəallarından olub.
21 oktyabr 2018-ci ildə keçirilən yerli seçkilərdə Varşava Şəhər Şurasına namizədliyini irəli sürsə də, seçilməyib.
Parlament seçkilərinin nəticələrinə görə, 2019-cu il oktyabrın 13-də 19-cu Varşava seçki dairəsindən 18864 səslə IX çağırış Polşa Seyminin deputatı seçilib. O, Ədliyyə və İnsan Haqları Komitəsinin sədr müavini, Konstitusiya Məsuliyyəti Komitəsinin üzvü və Sol Fraksiyasının mətbuat katibi olub. Oktyabr ayında DSQ dağıldıqdan sonra Yeni Sol Partiyasının üzvü oldu. 2023-cü il oktyabrın 15-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, o, 19-cu Varşava seçki dairəsindən 38 426 səslə X çağırış Polşa Seyminin deputatı seçilib.
2023-cü il 13 noyabrda X çağırış Seymin ilk iclası ərəfəsində keçirilən mətbuat konfransında deputatlar Katarjina Kotula və Anna Mariya Jukovska, həmçinin senator Maqdalena Bejat Seymə iki qanun layihəsinin: liberallaşdırma və abort haqqında qanun layihələrinin təqdim olunduğunu elan etdilər.
Anna Mariya Jukovska 2023-cü il 14 noyabrda səlahiyyətlərinə məhkəmə sisteminin formalaşdırılması daxil olan Milli Məhkəmə Şurasına Seym tərəfindən deputatların 245 səsi ilə seçildi.
Şəxsi həyatı Anna Mariya Jukovskanın Ameliya (2005) adında bir qızı var. O, biseksualdır və 2018-ci ildən bunu ictimaiyyətə açıqlayıb.
İstinadlar
Kateqoriya:Polşa hüquqşünasları Kateqoriya:Polşa tərcüməçiləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:XXI əsr hüquqşünasları