Belqrano Universiteti — Argentinanın Buenos Ayres şəhərində özəl universitet.
Tarixi
Universitet 1964-cü ildə yaradılmışdır.
1980-ci ildən bütün akademik fəaliyyətinin beynəlmiləlləşməsinə diqqət yetirir.
Fakültələri Universitetdə doqquz fakültə var:
Memarlıq və Şəhərsalma Hüquq və Siyasi Elmlər İqtisadiyyat Humanitar Elmlər Mühəndislik və kompüter texnologiyası Kənd Təsərrüfatı Elmləri Dil və Xarici tədqiqatlar Tibb Elmləri Tətbiqi Elmlər
Radio stansiyası
Universitetdə eklektik proqramlar və gündəlik BBC News xəbərlərini yayımlayan 90.9 FM radio stansiyası var.
Reytinqi Belqrano Universiteti Argentinanın və Latın Amerikasının ən yaxşı universitetləri sırasındadır. Güclü beynəlxalq əlaqələrinə malikdir və ABŞ üçün ən populyar universitetlər sırasındadır. Universitetdə bir çox xarici tələbə təhsil alır. BU-nun məqsədi yüksək keyfiyyətli təhsil vermək, bütün fənlər üzrə tədqiqatları təşviq etmək və cəmiyyətin sosial və mədəni inkişafına kömək etməkdir.
QS World University Rankings-ə görə Belqrano Universiteti ölkənin 7-ci, Buenos Ayresin 5-ci ən yaxşı universitetidir.
Proqramları Universitet Argentina və Latın Amerikası Tədqiqatları Proqramı adlı beynəlxalq proqram təklif edir.
Həmçinin bax
Argentina universitetlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Argentina universitetləri Kateqoriya:Universitetlər