Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, yəni günahları tərk etmək anlamındadır. Özü və yaxınları üçün ən əlverişli davranışı inkişaf etdirmək məqsədi ilə vəziyyəti qiymətləndirmək deməkdir.

Məna Təqva - ərəb dilində kökü viqayə sözündən götürülüb və ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Təqva həmçinin Allahdan qorxmaq və onun əmrlərinə tabe olmaqla əzabdan qorunmaq mənasını ifadə edir. Şəriət dilində günah və haramdan çəkinməkdir, bəzi şübhələri, mubahatları da tərk etməkdir.

Ustad Mütəhhəri buyurur ki, təqva - qorunmaqdır, məhdudiyyət deyildir, maneələrin zindanıdır. Ancaq pənahgah xətərlərə mane olur və zindan isə nemətlərdən bəhrələnməyə mane olur. Ustad bəzi kəlmələri izah edərək, buyurur ki, təqva - azadlığın əsas mayəsidir, bütün azadlıqların mənbəyi və mənşəyidir. Təqva insana mənəvi azadlıq verir, yəni onu nəfsinin qulu olmaqdan azad edir, tamahın, həsədin, qəzəbin köklərini qoparıb atır və bu yolla ictimai quldarlığı aradan qaldırır. O insanlar ki, pulun, vəzifənin, rahat yaşamağın qulu deyillər, heç zaman ictimai əsarətə düşməzlər.

Quranda Quran ayələrində və hədislərində də təqva amilinə işarə olunmuşdur. Qurani-Məcid buyurur: "Onun ardınca gedin və başqa yollardan asılı olmayın ki, sizi yolunuzdan ayırmasın. Bu o şeydir ki, Allah sizə sifariş edir ki, təqvaya çatasınız". Başqa ayədə isə Allah orucun fəlsəfəsi haqda buyurur: "Ey möminlər! Oruc sizə vacib olub, necə ki, sizdən əvvəlkilərə də vacib edilmişdi, ümid var ki, təqvaya çatasınız".

Maidə surəsinin 8-ci ayəsində: "... Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır".

Erik Olanderin sözlərinə görə, "təqva" sözü Quranda 100 dəfədən çox istifadə olunur. Oksford İslam Lüğətinə görə, "təqva " sözü və onun törəmələri Quranda 250 dəfədən çox rast gəlinir.

Dini sitatlar

İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar". İmam Əli (ə) insan və təqva arasında qarşlıqlı öhdəçiliyi nəzərə alaraq, buyurur: "Yuxunuzu təqva vasitəsilə oyaqlığa çevirin, təqva ilə qorunun və özünüzü təqva vasitəsilə müdafiə edin". Başqa yerdə yenə Həzrət Əli buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır". Ustad Mütəhhəri buyurur: "Təqva - insanın gözətçisidir və insan təqvanın gözətçisidir. Bu, qeyri-mümkün deyildir, əksinə mümkündür. Bu qarşlıqlı gözətçilik insan və cəmiyyət gözətçiliyinin növüdür, insan cəmiyyətin oğurluğunun gözətçisidir və cəmiyyət də insanın soyuqdan və istidən gözətçisidir". Rəsule Əkrəm (s) buyurur: "Onlar ki, halaldan pərhiz edib, haram tələsinə düşmürlər, təqva rütbəsinə çatarlar". İslam Peyğəmbəri (s) Əbazərə vəsiyyətində buyurur: "Özünü mühasibə etməyən insan heç vaxt mömin sayılmaz. Ən kəskin mühasibə - insanın bir şərikinin o biri şərikindən mühasibəsidir ki, bilsin yemək, su, paltar hardan əldə olunur, halaldır, yoxsa, haram". İmam Əli (ə) buyurur: "Allaha and olsun! Dilini saxlaya bilməyən insanın təqvaya çatmağını görmürəm". İmam Əli (ə) buyurur: "Tamahkarın qəlbində təqvaya yer verməsi - haramdır". İmam Həsən Əsgəri (ə) buyurur: "O kəs ki, insanlardan həya etmir, ehtiyat etmir - Allahdan qorxmayacaqdır". İmam Əli (ə) buyurur: "Ey Allah! Heç bir nailiyyət əldə edə bilmərəm, əgər Sən mənə dəyər verməsən və pisliklərdən çəkinə bilmərəm, əgər Sən məni onlardan qorumasan".

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İslam Kateqoriya:İslam terminləri