Xeyriyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd.

Tarixi 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Məcidiyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir.İveria gazetesi (Gürcüce), 5 Ağustos 1893, Tiflis, sayı: 166. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür.

Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunmuşdur. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında adı Xeyriyyə (خیریە) olaraq qeyd edilmişdir. 1935-ci il siyahıyaalınmasında Xeyriyyə Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 230 nəfərdən ibarət idi. 1960-cı il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndinin köhnə adı Çiflik olaraq verilmişdir. Buna baxmayaraq, bu qeyddən 1955-ci il siyahıyaalınmasında yalnız Xeyriyyə kimi yazılan kəndin adının nə vaxt Çiftlik, nə vaxt isə yenidən Xeyriyyə adlandırıldığı aydın deyil.

Coğrafiyası Kənd Yalova vilayətindən 75 kilometr, Armudlu rayonundan isə 20 kilometr məsafədədir.

Əhalisi İllərə görə kənd əhalisi 2019 75 2018 80 2017 81 2016 89 2015 86 2014 98 2013 116 2012 122 2011 122 2010 119 2009 120 2008 150 2007 162 2000 157

İstinadlar

Kateqoriya:Armudlu ilçəsinin kəndləri