I Xəlilullah () — Şirvanşahlar dövlətinin 35-ci hökmdarı, Şirvanşah I İbrahimin oğlu.
Hakimiyyəti H.820 (1417)-ci ildə Şeyx İbrahimin ölümündən sonra onun yerinə böyük oğlu və varisi Şirvanşah I Xəlilüllah keçdi. Xəlilullah da atası kimi, xarici siyasətində Qaraqoyunlu hökmdarları ilə şiddətli mübarizə aparan Teymurilərə meyil göstərmək mövqeyində dururdu. Xəlilüllah 48 il hökmranlıq sürdükdən sonra h.869 (1465)-cu ildə ölmüşdür.Mюнeджжим-бaши o пoздниx шиpвaншaxax. B.Ф. Mинopcкий-Иcтopия Шиpвaнa и Дepбeндa. M., 1963. Пpилoжeниe 1, c.72ac-Cyйyти Aбд ap-Paxмaн Джaлaл aд-Дин. Haзмaл-yкбaн фи и йaн aл-aйaн. Hью-Йopk, 1927, c.ПOЗ. M.Бyниятoв. Hoвые мaтepиaлы o видныx дeятeляx Aзepбaйджaнa в эпoxy cpeднeвekoвья, c.66
Teymuri Şahruxla münasibətlər Gənc Xəlilullah Şirvanşah taxtına çıxan kimi Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymurun oğlu Şahruxla (1405–1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhvalını dəyişdi və türkman əmirlərinin arasına çaşqınlıq saldı. Onların çoxu Qara Yusifin düşərgəsini tərk edərək dağılışdı. Qara Yusifin oğlu Qara İsgəndər (1420–1429 və 1431–1435-ci illər) bu vaxt Ağqoyunlu tayfasının başçısı Qara Yuluq Osmanla vuruşurdu. Qara Yusifin digər oğlu Cahanşah atasının ölümündən sonra baş verən hadisələrdən xəbər tutaraq Şahruxa tabe oldu və Sultaniyyə şəhərini ona təslim etdi. Təbriz Şahruxun əmiri Əliyə Kükəltaş tərəfindən tutuldu. Burada məscidlərdə xütbə onun adından oxunmağa başladı.
Təbriz tutulandan bir az sonra h.823 (1420)-cü ildə Şahrux özü Arazı keçərək Qarabağa qışlamağa gəldi.Mиpxoнд, т. VI, c.307, 408Шapaф-xaн Бидлиcи, т. II, c.104–105Пeтpyшeвcкий, c.162–163 Orta Asiyaya və demək olar ki, bütün İrana sahib olan Şahrux Qarabağda qışlayarkən bir sıra iri feodallar öz sədaqətini bildirmək və iltifata nail olmaq məqsədilə onun görüşünə gəldilər. Bu feodallar və hakimlər arasında h.823-cü il zilhiccə ayının 10-da (17 dekabr 1420-ci il) Şirvandan bol hədiyyələrlə gəlmiş gənc Şirvanşah Xəlilüllah və onun qardaşı Mənuçöhr də var idi. Xəlilüllah çox böyük iltifatla qəbul olunaraq, qiymətli kəmərə və sultanın digər hədiyyələrinə layiq görüldü. Şahrux Xəlilüllahın igidlik və mərdliyi ilə tanınmış qardaşı əmir Mənuçöhrü yanında xidmətə götürdü.Mиpxoнд, т. VI, c.309–310Дopн. Oпыт иcтopии шиpвaншaxoв, C578–579 Şahruxla Şirvanşahlar – Şeyx İbrahim və onun oğlu Xəlilüllah çoxdan müttəfiq idilər.
Mənbələr xəbər verirlər ki, Şeyx İbrahim hələ 807 (1405)-ci ildə qiymətli hədiyyələrlə Aladağa, sonra isə Qarabağa Miranşahın oğlu Ömər Mirzənin görüşünə gələrək öz sədaqətini bildirmişdi. H.814 (141l/2)-cü ildə o, qiymətli hədiyyələrlə Şahruxun yanına elçilər göndərmişdi.Caмapkaнди, c.ЗO, 31–33, 197 Şirvanın müstəqilliyinin qorunub-saxlanılması öz mülklərini İranda və Cənubi Azərbaycanda Şahruxa məxsus torpaqlar hesabına genişləndirməyə can atan Qara Yusiflə, sonralar isə onun oğlu İsgəndərlə mübarizədə etibarlı müttəfiq tapmağa çalışan Şahruxun mənafeyinə uyğun idi. Şirvanşahın ardınca Şəki hakimi əmir Sidi Əhməd, sonra isə gürcü hökmdarı Aleksandrın (1413–1442-ci illər) elçiləri Şahruxun qərargahına gəldi. Xəlilüllahla Şahruxun görüşü onlan bir-birinə daha da yaxınlaşdırdı. Şirvanşah Qarabağa sultanın yanına gələndə sonuncu onunla qohum olmaq istədi və Xəlilüllah Qara Yusifin dul arvadı Miranşahın oğlu və Teymurun nəvəsi olan Əbu Bəkrin qızı ilə nişanlandı. Babası Miranşahın həlak olduğu döyüşdə Qara Yusif onu ələ keçirmiş və tezliklə evlənmişdi. Şirvandan Şirvanşahın anası qiymətli hədiyyələr gətirdi və h.324-cü il rəbiül-əvvəl ayının 29-da (3 aprel 1421-ci il) çərşənbə günü QaraköpəktəpədəMюнeджжим-бaши, c. 172.Дopн c. 579 (Füzuli rayonu ərazisi) toy oldu. Bu nikahla Şahrux Şirvanşahla Qara Yusifə qarşı mübarizədə ona kömək edən ittifaqı möhkəmləndirdi. Şahruxun simasında yüksək və qüdrətli qohumuna arxalanan Xəlilüllah öz mövqeyini gücləndirdi. Şahruxun və onun oğlanlarının köməyi sayəsində onun çiyinləri bərkidi, şöhrəti artdı.
I Mehmetlə münasibətlər Xəlilüllah Qarabağa gəlməzdən bir qədər əvvəl öz elçisi Məhəmməd Bakuyini məktubla türk sultanı Məhəmməd Qazinin (I Mehmet, 1413–1431-ci illər) yanına göndərmişdi. Məktubda Şirvanşahlarla sultan arasındakı qədim dostluqdan danışılır və sultan Şahruxun Təbrizin yaxınlığında olduğu bildirilirdi. O, daha sonra Qarabağdan Şahruxdan məktub aldığını, burada Şirvanşah Xəlilullaha onunla birlikdə Təbrizə, Qara Yusifə hücum etmək üçün hazırlaşmaq təklif olunduğunu yazırdı. Sultan Məhəmməd Qazi verdiyi yayğın cavabda Xacə Məhəmməd Bakuyinin Kafədən keçərək Şirvanşahın məktubunu ona çatdırdığını, aralarındakı dostluğun qəbirə qədər qırılmayacağını qeyd edirdi. Şahruxun Azərbaycana yürüşünə dair Xəlilüllahın xəbərdarlığının cavabında sultan bildirdi ki, Şahrux Qara Yusifə hücum etmək niyyəti barədə özü ona yazmışdır. "Lakin hər bir hakim öz işini və qonşularla münasibətini yaxşı bilir. Məsələn, Şəki, Qumuq, Qaytaq və Ləvənd hakimləri öz vəziyyətlərinə başqalarından yaxşı bələddirlər. Və əgər Qara Yusif Türkiyəyə hücum etsə, sultan onun cavabını verəcəkdir".Nəvai Əbd ül-H üseyn. Məcmueye İranşünasi. Əsnad və mükatibat tarix-i İran. Tehran, 1341, s. 187–190 Bu məktubdan görünür ki, Xəlilüllah ehtimal ki, Şahruxun tapşırığı ilə türk sultanının şəxsində yeni müttəfıq tapmağa cəhd göstərmiş, göründüyü kimi, sultan onlara qoşulmaq istəməmişdir.
Alaşkert döyüşündə 1421-ci ildə Alaşkert vadisində Qara Yusifin oğlu İsgəndərlə Şahruxun qoşunları arasında İsgəndərin məğlubiyyəti ilə nəticələnən vuruşmada Şirvanşah da Şirvan hərbi dəstələri ilə iştirak etmişdir. Azərbaycan feodalları tərəfindən öz üstünlüyünün etiraf olunmasından razı qalan Şahrux 1421-ci ilin payızında qoşunları ilə birlikdə Azərbaycanı tərk etdi.Шapaф-xaн Бидлиcи, c. 105Mиpxoнд, т. VI. c.309–310. İsgəndər tezliklə öz mövqeyini bərpa etdi və qoşun toplaya bildi, lakin İsgəndər bir neçə dəfə Şirvana basqın etsə də, Şəki və Şirvan öz müstəqilliklərini qoruyub saxladılar. İsgəndərin h.828 (1425)-ci ildə Şirvana basqını zamanı Şirvanşah Xəlilüllahın qardaşları Keyqubad, İshaq və Haşım onun əleyhinə çıxdılar. Şirvanşah yardım üçün Şahruxa müraciət etdi və onun köməyilə qardaşlarına divan tutdu. Bundan sonra onun mövqeyi möhkəmləndi. Xəlilüllah Bakıda və Şirvanda olmayanda ölkəni onun əvəzinə qardaşı Qəzənfər idarə edirdi. O, Bakının İçərişəhər hissəsində bir sıra istehkamlar və digər binalar tikdirmişdir.Bədr Şirvani. Divan, v.295b, 298aA.Г. Paгимoв. O дaтиpoвкe cтpoитeльcтвa нekoтopыx apxитeктypныx пaмятникoв. "Изв. AH Aзepб. CCP", cepия иcт., филoc. и пpaвa, 1971, N"l (azərbaycən dilində), s.52.
Qaraqoyunlu İskəndərlə münasibətlər Ölkəsinin və paytaxtı Bakının abadlığı ilə məşğul olan Xəlilüllah zamanında Şirvanşahlar sarayı ansamblının, karvansara və körpülərin tikintisinə başlanmışdır. Ölkə tərəqqi edirdi. Xəlilüllahın Şahruxla dostluğu İsgəndərin qəzəbinə və onun bir neçə dəfə Şirvana basqın etməsinə səbəb olmuşdur. 1428-ci ildə Şahrux sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi. 1429-cu ilin mayında isə Şahrux tərkibində Şirvan qoşunları da olan 100 minlik süvari qoşunla İsgənədərin üzərinə yeridi və onun qoşunlarını Cənubi Azərbaycandakı Salmasın həndəvərində darmadağın etdi. O, Əlincə qalasını aldıqdan sonra Qarabağa qışlamağa getdi və Qaraqoyunlu dövlətinin idarə olunmasını İsgəndərin vassallığı qəbul edən qardaşlarından birinə – Əbu Səidə həvalə etdi.
Şahrux 1430-cu ildə Azərbaycanı tərk edərək Xorasandakı paytaxtı Herata qayıtdıqdan sonra İsgəndər onun olmamasından istifadə edib, Azərbaycanda yenidən ara müharibələrinə başladı və 835 (1431)-ci ildə Əbu Səidi öldürərək yenidən Qaraqoyunlu dövlətinin hakimi oldu.Mиpxoнд, т. VI, c.326, 327–328Фoмa Meцoпcкий. Иcтopия Tимyp-Лaнкa и eгo пpeeмникoв. Бaky, 1957, c.54–62, 73–74Шapaф- xaн Бидлиcи, c. 111Пeтpyшeвcкий, c.164 İsgəndər yenidən Şahruxla müharibəyə başladı və h.831 (1427/8)-ci ildə Şirvana hücum edərək Şirvan dövlətini tabe etdirməyə cəhd göstərdi. Şamaxı İsgəndərin qoşunları tərəfindən dağıdıldı və talan edildi. Həmin vaxt Dərbənddə olan Şirvanşahların saray şairi Bədr Şirvani İsgəndərin Şamaxıdan getdikdən sonra buraya gələrək, şəhərin dağıdılmasının və talan olunmasının şahidi oldu. Şair bütün bunları öz şeirlərində təsvir etmiş, sonra Şamaxını tərk edərək Bakıya gəlmiş və ömrünün sonunadək Şirvanşahın sarayında olmuşdur.Bədr Şirvani. Divan, v.l78b, 48a, 249–250b. Şirvana sonuncu basqını daha dağıdıcı olmuşdur. Münaqişəyə İsgəndərin "atasının nalayiq işlərindən təhqir olunaraq" atasından küsmüş və h.836 (1432)-cı ildə 2 min süvari döyüşçü ilə Şirvana qaçıb Şirvanşah Xəlilüllaha pənah aparan oğlu Yar Əli səbəb olmuşdur.
Şirvanşah İsgəndərin Yar Əlini tələb etməsinə rədd cavabı vermiş, onu öz döyüşçüləri ilə Bakı limanında gəmiyə mindirib dəniz yolu ilə Herata, Şahruxun yanına göndərmişdir. Şahrux Yar Əlini yaxşı qarşılamış və onu şahzadələr sırasına qəbul etmişdir. "Lakin o, daim qara camaat arasında dolaşır, türk və tacik pozğun və fırıldaqçıları ilə ünsiyyət saxlayırdı". Geniş xalq kütlələri arasında böyük şöhrət qazanmış Yar Əliyə etibar etməyən Şahrux onu daha uzaqlara – Səmərqəndə göndərdi.Шapaф-xaн Бидлиcи, c. 111–112Фoмa Meцoпcкий, c.77Дopн, c.580–581Пeтpyшeвcкий, c. 164–165. İsgəndər Yar Əlinin xəyanətindən Şirvana soxulmaq üçün istifadə etdi. Cənnabinin məlumatına görə, o, böyük süvari qoşunla Şirvanşah üzərinə hərəkət edərək Şamaxıya daxil oldu və burada Xəlilüllahla onun arasında vuruşma baş verdi.Tarixi Cənnabi, v.959b-960aMюнeджжим-бaши, c.171Дopн, c.579–580.
Mənbələrin məlumatına görə İsgəndər Şamaxını h.831 (1427/8)-ci ildə və sonralar, h.837 (1433/4)-ci ildə dağıtmışdır. Həm də, sonuncu dəfə o, təkcə Şamaxını deyil, bütün Şirvan əyalətlərini amansızcasına viran etmişdir. İsgəndərin qoşunları yolları üstündəki Şirvanın iqtisadiyyatının əsasını təşkil edən bağları, tut ağaclarını qırıb tökərək ölkənin şəhərlərinə və kənd təsərrüfatına böyük ziyan vurdular. İsgəndərin döyüşçüləri çoxlu insan qırdılar. Mənbələr xəbər verirlər ki, ölkədə olduğu bir il ərzində İsgəndər 300 Şirvan danişməndinin başını vurdurmuşdur. Sonra o, Dərbənd istehkamlarına keçərək geri qayıtmışdır.Гaзи Axмeд Гaффapи, c,193Фoмa Meцoпcкий, c.77–78Дopн, c.579–580 Lakin Xəlilüllah onunla mübarizəni kəsməmişdir. Mirxondun məlumatına görə Xəlilüllah Mahmudabaddan Güştəsbi hakimi Xalıq Birdi vasitəsilə İsgəndərin Azərbaycanı tutmasını və Şirvana basqın etməsini Şahruxa xəbər vermiş və yardım istəmişdir, belə ki, əgər Şahrux işə qarışmasa, İsgəndər bütün ölkəni viran qoyacaqdır. Şahrux 1434-cü ilin payızında qoşunla Heratdan Azərbaycana doğru hərəkət etdi. Bu vaxt Xəlilüllah qızı və ilahiyyatçılarla birlikdə dəniz yolu ilə Reyə Şahruxun yanına gələrək, İsgəndərin Şirvandakı cinayətlərini ona xəbər verdilər. Şahrux fəqihlərin yığıncağında İsgəndərin əməllərini təkfir etdi və onlar İsgəndərin ölümünə fitva verdilər. Sonra Şahrux İsgəndərlə mübarizə üçün Cənubi Azərbaycana yollandı. İsgəndər Şahruxun yaxınlaşdığını eşidib, təcili surətdə qoşunlarını Şirvandan çıxardı. Şirvanşahın öz qoşunları ilə iştirak etdiyi bu müharibədə İsgəndər məğlubiyyətə uğradı və qaçıb Naxçıvan yaxınlığındakı Əlincə qalasında gizləndi. O, h.840 (1436/7)-cı ildə öz oğlu Şah Qubad tərəfindən öldürüldü.
Şahrux h.839 (1435/6)-cu ildə Təbrizə daxil oldu. Burada onu İsgəndərin qardaşı, Teymurilərin Cənubi Azərbaycanın vassal asılılığı hüququnda idarə olunmasını həvalə etdikləri Cahanşah itaətlə qarşıladı. Sonra Şahrux Qarabağa qışlamağa getdi. H.838 (1435)-ci ildə Xəlilüllah qardaşı Fərruxzadla birlikdə Şahruxa minnətdarlıqlarını bildirmək üçün Ucana onun görüşünə gəldi. O, Şəki və Muğan əmirləri kimi, Şirvana şahın iltifatı və bəxşişləri ilə qayıtdı.Фoмa Meцoпcкий, c.78–80Mиpxoнд, т. VI. c.332–333Шapaф-xaн Бидлиcи, c.113–114Пeтpyшeвcкий, c.165
Şeyx Cüneydlə münasibətlər