Arsava — e.ə. XV əsrin sonundan XII əsrin əvvəllərinə qədər qərbi və cənub-qərbi Anadoluda (indiki Türkiyə) mövcud olmuş qədim dövlət.
Tarixi Arsava het yazılarında Het dövlətinin əsas əleyhdarlarından biri kimi qeyd olunur. Paytaxtı (ən azı krallığın son illərində) Apaşa (indiki Efes) şəhəri idi.История древнего Востока, т. 2. М. 1988.
Axeylərlə müttəfiq olan Arsava hökmdarı Uhhasiti hetlərə məğlub oldu və axeylərin nəzarətindəki adalara (ehtimal olunur ki, Krit) qaçmışdır. Kritdə Minoy və sonra Mikena sivilizasiyalarının dağılmasından sonra Arsava "dəniz xalqları" tərəfindən məhv edilmişdir.
İstinadlar
Kateqoriya:Het dövləti Kateqoriya:Qədim Anadolu dövlətləri Kateqoriya:Türkiyədəki ümumdünya irsi Kateqoriya:Türkiyədəki arxeoloji abidələr Kateqoriya:Tarixi krallıqlar