– Edo dövründə yaşamış Yaponiya hayku şairi. "Matsuo Başonun 10 böyük şagirdi"ndən biridir.
İlk illəri 1656-cı ildə Yaponiyanın Eçiqo əyalətində (indiki Niiqata prefekturası) doğulduğu güman olunur. Kumamoto klanına xidmət edən ailənin ikinci oğlu idi. Əsas məşğuliyyəti boyaq ticarəti olmuşdur.
Yaradıcılığı İlk şeirləri Başo məktəbinin Naqoya qolu tərəfindən 1686-cı ildə nəşr olunmuş "Haru no hi" antologiyasında peyda olmuşdur. 1687-ci ildə Başonun Kiotodan Naqoyaya olan səfərində onu müşayiət etmişdir. 1688-ci ildə səfər Kiso marşrutu boyunca Edoya doğru davam etmiş və Başo tərəfindən "Saraşina Nikki" əsərində qeyd olunmuşdur.
Etsucinin bir çox şeiri "Arano" (1689) və "Sanmino" (1691) kimi Başo məktəbinin antologiyalarında peyda olmuşdur. Naqoya qoluna mənsub olan bir çox şair kimi o da Başo məktəbindən uzaqlaşmış, 1695-ci ildən sonra ədəbi fəaliyyətini dayandırmışdır. 1715-ci ildə hayku şeirləri yazmağa qayıtmış, 1717-ci ildə "Şakubikan" adlı antologiya tərtib etmiş və 1720-ci ildə Kaqami Şiko ilə debata çıxmışdır. Etsucinin üslubu rasional tonla xarakterizə olunur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyanın hayku şairləri