Səadəttin Ərbil (; ) — Türkiyə film və səs aktyoru.

Həyatı Səadəttin Ərbil 6 mart 1925-ci ildə İstanbulda anadan olmuşdur. Babası Ərbildə anadan olmuşdur. Kabataş Oğlan Liseyində oxuyan zaman müəllimi Faruq Nafiz Çamlıbelin rəhbərliyi ilə aktyorluğa başlamışdır. Ağsaray Bulvar Teatrına daxil olmuşdur. Burada Kənan Büke, Asuman Korad, Əziz Basmacı kimi şəxslərlə işləmək imkanı qazanmışdır.

Aktyor və şoumen Mehmet Əli Ərbilin atası olan Səadəttin Ərbil bir çox filmdə rol almışdır. 16 noyabr 1997-ci ildə İstanbulda beyin qanamasından vəfat etmiş və Zəncirliquyu qəbiristanlığında dəfn edilmişdir. Ərbil Yurdagül Gönenç və İffət Semerci ilə evli olmuş, 3 övladı var idi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları