Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) (Türkiyə Neft Şirkəti) 1954-cü ildə milli şirkət olaraq Türkiyədə karbohidrogen kəşfiyyatı, qazma, hasilat, neft və qazın emalı və marketinq fəaliyyətlərində iştirak etmək məqsədi ilə yaradılmışdır.
Milli iqtisadiyyatın mühüm aktoru olan TPAO Türkiyə neft sənayesində bir çox “ilklər”ə imza atmışdır Yarım əsrdən çox tarixə malik olan şirkət, Türkiyəyə Petkim, Tüpraş və POAŞ da daxil olmaqla 17 böyük şirkətin yaranmasına səbəb olmuşdur.
1983-cü ilə qədər inteqrasiya olunmuş neft şirkəti kimi kəşfiyyatdan tutmuş hasilata, neft emalına, marketinq və nəqliyyata qədər neft sənayesinin bütün fəaliyyət sahələri ilə məşğul olmuşdur. Bu gün TPAO sırf upstream (kəşfiyyat, qazma, quyuların tamamlanması və hasilat) sektorunda iştirak edən milli neft şirkətidir.
Əməliyyatlar TPAO-nun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
Kəşfiyyat, qazma və hasilat Təbii qaz saxlancı Neft və təbii qaz kəməri layihələrində iştirak
Layihələrdə iştirakı Azərbaycan layihələri:
6,75% payla Azəri-Çıraq-Günəşli 19% payla Şahdəniz qaz yatağı 6,53% payla Bakı-Tbilisi-Ceyhan boru kəməri 9% payla Cənubi Qafqaz Boru Kəməri 10% payla Alov Exploration
İstinadlar
Kateqoriya:Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyi