Oqtay Seydəli oğlu Abdullayev (20 mart 1955) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş SSRİ futbolçusu. Məşqçi. Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (2015).
Klub karyerası Oqtay Abdullayev 20 mart 1955-ci ildə anadan olub. Peşəkar futbolçu karyerasına 1977-ci ildə, Futbol üzrə SSRİ ikinci liqasında çıxış edən "Araz-Naxçıvan" klubunda start verib. 1979-cu ildə respublikanın əsas komandası olan "Neftçi" klubuna cəlb edilib. 1979–1981-ci illər ərzində Bakı təmsilçisinin heyətində ümumilikdə 25 oyuna çıxıb və 1 qol vurub.
Məşqçi karyerası 2001-ci ildə "Neftçi" komandasına baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında Yüksək Dəstəni ikinci yerdə bitirib, ölkə Kubokunun finalında isə "Şəfa"ya məğlub olub.
Nailiyyətləri
Məşqçi kimi Neftçi Azərbaycan çempionatının gümüş mükafatçısı: 2000/2001 Azərbaycan Kuboku finalçısı: 2000/2001
Dövlət mükafatları Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi: 2015
İstinadlar
Xarici keçidlər Oqtay Abdullayev Sport-strana.ru saytında
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri