Viski və kola () — adətən burbon və ya Tennessi viskisi olmaqla viskinin Koka-Kola və ya digər kolalar ilə qarışdırılmasıyla hazırlanan kokteyl. Bu içkinin məşhur versiyası "Cek və Kola" () adlanır və bu versiyada Jack Daniel’s brendli viskidən istifadə olunur. İçki xüsusilə Amerikanın cənubunda məşhurdur. "Viski və kola" əsasən buzla, bəzən old feşen və ya kollins stəkanlarda, bəzən isə birdəfəlik plastik stəkanlar kimi daha ucuz qablarda təqdim edilir. İçkidə burbon viskisindən istifadə edildikdə ona çox vaxt "burbon və kola" () da deyilir. İçkinin adındakı "kola" isə Koka-Kola və ya hər hansı bir kola brendinə istinad edə bilər.

Tarixi Viski və kolanın qarışdırılması ilə hazırlanan bir içki haqqında ilk dəfə Amerika Birləşmiş Ştatları Kimya və Torpaqlar Bürosunun əməkdaşının 1907-ci ilə aid hesabatında məlumat verilmişdir. O, belə bir içkiyə cənuba səfər edərkən rast gəldiyini və içkinin sahibinin bunu "Koka-Kola haybol" adlandırdığını deyib. Burbon viskisi brendi olan Maker's Mark-ın keçmiş usta distillyatoru Deyv Pikerell "burbon və kola"-nın içkini ilk dəfə yoxlayanlara burbonu tanış etmək üçün ümumi başlanğıc nöqtəsinə çevriləcəyini demişdir.

2005-ci ildə "Cek və Kola" kokteylinin populyarlığı 21-34 yaşlılar arasında yüksəlişdə idi.Walker, Tracy. Walker . "It's clear that brown spirits have gained momentum, particularly the Tennessee whiskey segment." Retrieved February 1, 2007. 2007-ci ildə Cek Danielin baş vitse-prezidenti və qlobal brend direktoru Mayk Keyes deyib: "zaman keçdikcə daha çox Jack Daniel’s məhsulu Koca-Kola kimi qarışıqlarla istehlak olunur".

2016-cı ildə Motörhead metal qrupunun solisti və başçısı Lemmi Kilmisterin ölümündən sonra onun pərəstişkarları kokteylin adının dəyişdirilməsi ilə bağlı kampaniyaya başladılar. Pərəstişkarlar Kilmisterin bu içkini tez-tez istehlak etməsi ilə tanındığını əsas gətirərək içkinin onun şərəfinə adlandırılmasını istəyirdilər. 12 yanvar 2016-cı ildə Food and Beverage jurnalı "Cek və Kola" kokteylini rəsmi olaraq "The Lemmy" adlandırdıqlarını deyib.

Marketinq Jack Daniel's və Koka-Kolanın bəzi ortaq reklamlarında "Cek və Kola" terminindən istifadə edilmişdir.Image: Jack & Coke Bar Tap . Retrieved February 2, 2007. Təxminən 1996-cı ildə Jack Daniel's Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Cənubi Sakit okeanın bir sıra bazarlarında "Cek və Kola" ilə eyni tipli kokteyl olan "Jack Daniel's və Kola" () adlı konservləşdirilmiş içki buraxmışdı.

2022-ci ildə Jack Daniel's və Koka-Kola bu kokteylin hazır şəkildə, konservləşdirilmiş formada istehsalının planlaşdırıldığını elan etmişdir.

Həmçinin bax

Kuba libre

İstinadlar

Kateqoriya:Alkoqollu kokteyllər