Mikayıl Cəbrayılov () — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.

Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.

Döyüşlərdə iştirakı 1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar. Milis nəfəri Arzu Əliyev başından aldığı snayper gülləsindən yerindəcə Şəhid olur. Erməni döyüşçülərlə ölüm-dirim savaşına atılan Mikayıl Cəbrayılov çiynindən güllə yarası almasına baxmayaraq o təslim olmur son anadək vuruşaraq 1990-il 15 dekabrda döyüş yoldaşlarını və bir qrup kənd sakinini xilas edərkən qəhrəmancasına döyüş meydanında Şəhid olur.

Ailəsi Ailəli idi, dörd övladı var.

Milli Qəhrəman thumbnail|250px|Mikayıl Cəbrayılovun Oxud kənd qəbiristanlığındakı qəbirüstü abidəsi Azərbaycan Respublikası prezidenti Əbülfəz Eıçibəyin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.

Mikayılın adına Şəki şəhərində küçə var.

Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh.56–57.

Xarici keçidlər Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Şəki rayonunda doğulanlar Kateqoriya:Xocalı rayonunda vəfat edənlər Kateqoriya:Şəki rayonunda dəfn olunanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları

İstinadlar

Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər