Yukimi Eleanora Naqano () — İsveçdən olan müğənni-mahnı yazarı. Elektronik musiqi qrupu Little Dragon-un vokalçısıdır.

Yukimi Naqano İsveçin Göteborq şəhərində doğulub-böyümüşdür. Atası yapon, anası isə isveçli-amerikalıdır. 1996-cı ildə o, hələ orta məktəbdə təhsil alarkən yaxın dostları ilə birlikdə Little Dragon qrupunu formalaşdırıb. Qrupun öz adını daşıyan debüt albomu 2007-ci ildə işıq üzü görüb. Yukimi Naqano və Little Dragon 2010-cu ildə Böyük Britaniyanın virtual musiqi qrupu Gorillaz ilə iki mahnıda əməkdaşlıq etmişdir. Bu mahnılar "Empire Ants" və "Too Binge" adlanır. Hər ikisi Gorillaz-ın "Plastic Beach" albomunun trek siyahısında yer almaqdadır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İsveç müğənniləri Kateqoriya:İsveç musiqiçiləri