Brok Universiteti — Kanadanın Ontario ştatının Sent-Katarin şəhərində ictimai tədqiqat universiteti. Niaqara yarımadasında, UNESCO-nun Biosfer Qoruğunun bir hissəsi olan Kanadada yeganə universitetdir.

Tarixi thumb|250px|right|Plaza binasının girişi thumb|right|150px|Artur Şmon kampusu. right|thumb|250px|Plaza binası Brok Universiteti 1964-cü ildə Ontario Qanunverici orqanı tərəfindən qəbul edilən akt əsasına yaradılmışdır.

Universitet Britaniya və Kanada qüvvələrinə komandanlıq etmiş general-mayor ser İsaak Brokun şərəfinə adlandırılıb. Brok Universiteti ilk dəfə 1964-cü ilin sentyabrında açılanda dərslər Sent-Luis şəhərinin mərkəzindəki Pol küçəsində yerləşən Sent-Katarins məktəbində keçirilirdi. Riçard L. Hearn 1967-ci ildə universitetin ilk rektoru təyin edildi.

Akademik strukturu Universitet peşəkar dərəcələr də daxil olmaqla, bakalavr və magistr səviyyələrində geniş proqramlar təklif edir. Brok 2008-ci ildə tədqiqat nəşrinin nəticəsi və təsir göstəricilərinə görə bakalavr kateqoriyasında Kanada universitetləri arasında üçüncü yeri tutmuşdur (ən son sıralama tamamlanmışdır). Brok Universiteti Kanadada və beynəlxalq miqyasda MICA (Hesablama və Tətbiqlərlə İnteqrasiya Edilmiş Riyaziyyat) proqramını təklif edən yeganə məktəbdir. Universitetin Sağlamlıq Elmləri Departamenti Kanadada İctimai Səhiyyə üzrə yeganə bakalavr dərəcəsini təklif edir.https://web.archive.org/web/20140715001503/https://discover.brocku.ca/UserFiles/Image/program%20pdfs/Public%20Health%202009.pdf Magistratura səviyyəsində Brok 49 proqram, o cümlədən doqquz PhD (Fəlsəfə doktoru) proqramı təklif edir.

Universitetin xüsusi kooperativ proqramı 2011-ci ilə görə Kanadanın beşinci, Ontarioda isə üçüncü ən böyük proqramıdır. Məzunlar 97,2 faizlə bütün Ontario universitetləri arasında ən yüksək məşğulluq dərəcələrindən birinə malikdirlər.https://web.archive.org/web/20150707124233/http://www.canadian-universities.net/Universities/Brock-University.html

Fakültələri Universitetin bakalavr və magistr proqramları yeddi fakültə tərəfindən idarə olunur.

Tətbiqi Tibb Elmləri fakültəsi Qudman Biznes məktəbi Təhsil fakültəsi Humanitar Elmlər fakültəsi Riyaziyyat elmləri fakültəsi Sosial elmləri fakültəsi Təhsil fakültəsi

Kampusları Isaak Brok Plaza Artur Şmon kampusu Uelç Hall Makenzie Şoun kompleksi Plaza binası Uolker kompleksi Kairns kompleksi Hamilton kampusu Burlington kampusu

İdman həyatı Brok Universiteti çox sayda idman yarışlarında iştirak edir. Universitetdə badminton, basketbol, qılıncoynatma, hokkey, futbol, voleybol, tennis və voleybol üçün yer var. Universitet komandaları həmçinin xizəksürmə, körlinq, avarçəkmə, reqbi, üzgüçülük və güləş üzrə çempionatlarda iştirak edirlər.https://web.archive.org/web/20150712164106/http://www.aadnc-aandc.gc.ca/eng/1351185180120/1351685455328

Həmçinin bax Kanada universitetlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kanada universitetləri Kateqoriya:Universitetlər