Ağdam (əvvəlki adı: Akaku) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Akaku kəndi Ağdam kəndi adlandırılmışdır. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağdam kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə əvəz etmişdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmışdır.
Tədqiqatçıların əksəriyyəti bu oykonimi "mənası aydın olmayan" adlar sırasına daxil edir. 1933-cü ildə həmin kənd Ataqut inzibati ərazi vahidinin tərkibində verilmişdır. Türk dillərində "aka" sözü "baba, böyük qardaş, ata" mənalarını ifadə edir. Eyni zamanda həm "ku", həm də "ut" komponentlərinin hər ikisi "davamçı; vəliəhd, şahzadə; arxasınca gedən" mənalarında işlənmışdir. Əgər bu sinonimliyə Ağaoğlan oykonimini də əlavə etsək, görərik ki, eyni ərazidə yerləşən Ataqut (və ya Ataut), Akaku məntəqə adları "atanın oğlu, atanın davamçısı, kiçik şahzadə" mənalarına uyğun gəlir.
Tarixi 2020-ci il dekabrın 27-də saat 15.30 radələrində Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə Azərbaycan Ordusunun bir nəfər hərbi qulluqçusu şəhid olub, daha bir əsgər isə yaralanıb. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Tarixi abidələri Ağdam kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi4339MəbədQeyd olunmayıbAğdam kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Tuğ (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri