thumb|280px|7-ci çağırış Azərbaycan SSR Ali Soveti deputatının döş nişanı Azərbaycan SSR Ali Sovetinin yeddinci çağırışı 1967-ci ildən 1971-ci ilədək fəaliyyət göstərmişdir. Yeddinci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1967-ci il martın 19-da keçirilmişdir. Ali Sovetə cəmi 380 deputat seçilmişdir.
Deputatların 123 nəfəri qadındır ki, bu da əvvəlki çağırışdan 13 nəfər artıq idi.
296 deputat Sov.İKP üzvü və ya üzvlüyünə namizəd, 84 deputat isə bitərəf olmuşdur.
Deputatların tərkibində 181 fəhlə və kolxozçu olmuşdur ki, bu da ümumi tərkibin 48 faizini təşkil etmiş, 73 deputat partiya orqanlarının, 68 deputat sovet idarələrinin işçisi, 24 deputat isə elm və mədəniyyət xadimi olmuşdur.
204 deputat ali və natamam ali təhsilli, 159 deputat orta və ya natamam orta təhsilli. Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi aşağıdakı rəqəmlərlə ifadə olunur: 62 deputatın yəni deputatların 16,3 faizinin yaşı 30-dək, 126 deputatın yəni deputatların 33,1 faizinin yaşı 31-dən 40-dək, 127 deputatın yəni deputatların 33,4 faizinin yaşı 41-dən 50-dək, 65 deputatın yəni deputatların 17,1 faizinin yaşı 51-dən yuxarıdır.
Azərbaycan SSR Ali Sovetinin 188 deputatı SSRİ ordenləri və medalları ilə təltif edilmişdir. 3 deputat Sovet İttifaqı Qəhrəmanı, 23 deputat Sosialist Əməyi Qəhrəmanı olmuşdur. 2 deputat "Lenin" mükafatı laureatı və 12 deputat Dövlət mükafatı laureatı olmuşdur.
Respublika Ali Sovetinin deputatları arasında 9 millətin nümayəndəsi təmsil olmuşdur.
Ali Sovetin sədri — Mustafa Topçubaşov, müavinləri — Mikayıl Abdullayev, Anastasiya Tixonova, və Fəridə Əliyeva. Rəyasət Heyətinin sədri — Məmməd İsgəndərov (25.12.1969 tarixinədək), Qurban Xəlilov (25.12.1969 tarixindən), müavinləri — Muşeq Ohancanyan və Səkinə Əliyeva.