Berlin Prosesi — Avropa İttifaqının gələcək genişlənməsi ilə əlaqəli hökumətlərarası əməkdaşlıq təşəbbüsü.

Tarixi 2014-cü il Berlin Konfransı ilə başlamış, ardınca 2015-ci il Vyana Sammiti, 2016-cı il Paris Sammiti, 2017-ci il Triest Sammiti, 2018-ci il London Sammiti və 2019-cu ildə Poznan Sammiti izlənilmişdir. Berlin Prosesi artan avroskeptisizm və Komissiya sədri Jan-Klod Yunkerin genişlənməyə dair elan etdiyi beş illik moratorium fonunda Aİ-yə inteqrasiya prosesinin dinamikasını möhkəmləndirmək və saxlamaq məqsədi ilə başlanmışdır.

Məqsədləri Berlin Prosesi keçmiş Yuqoslaviya və Albaniyanın Aİ-yə namizəd və potensial namizəd ölkələri və seçilmiş Aİ üzv dövlətləri arasında çoxtərəfli əlaqələri canlandırmaq və bu ölkələrdə infrastruktur və iqtisadi inkişaf məsələlərində regional əməkdaşlığı yaxşılaşdırmaq məqsədi daşıyır.

İştirakçı dövlətlər Təşəbbüs Aİ üzvlüyünə Aİ üzvü olmayan beş Balkan namizədini (Monteneqro, Serbiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Albaniya) və Aİ üzvü olmayan potensial Balkan namizədini (Kosovo), bəzi Aİ üzvlərini, (məsələn: Avstriya, Bolqarıstan, Xorvatiya, Fransa, Yunanıstan, Almaniya, İtaliya, Polşa və Sloveniya) və Aİ-yə daxil olmayan əlavə bir ölkə, Birləşmiş Krallığı əhatə edir.

İstinadlar

Xarici keçidlər Berlin Process website Regional Youth Cooperation Office

Kateqoriya:Avropa İttifaqının genişlənməsi Kateqoriya:Cənub-Şərqi Avropa Kateqoriya:Polşanın ikitərəfli əlaqələri Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti