Strasburqda Müqəddəs Avreli kilsəsi (, ) — Strasburqun qərbində lokal dəmiryol stansiyasının yanında yerləşən protestant kilsəsi. İlk dəfə 801-ci ilə aid sənədlərdə Müqəddəs Moris kilsəsi olaraq xatırlanır. Çəhərin ən qədim kilsələrindən biridir və tarixi abidədir. 1324-cü ildə Strasburqlu Aureliyanın şərəfinə adlandırılmışdır. Məbədin binası XVIII əsrdə tamamilə yenidən qurulmuşdur. Barokko üslubunda olan kilsə 1765-ci ildə açılmışdır.

İstinadlar

Kateqoriya:Strasburq tikililəri Kateqoriya:IX əsrə aid kilsələr