Qaşım Maqomedov () — Azərbaycanı təmsil edən taekvondoçu.
Karyerası Qaşım Maqomedovun Azərbaycan bayrağı altında birinci beynəlxalq turniri 28–30 avqustda Polşanın Varşava şəhərində baş tutan Polish Open beynəlxalq turniri oldu. Turnirin 1/8 final mərhələsində onun rəqibi Polşa nümayəndəsi David Majoça oldu. Həmin görüşdə Maqomedov rəqibi üzərində 15:1 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə o, Belarus təmsilçisi Slavamir Sidar ilə üz-üzə gəldi. Bu görüşdə 14:8
2015-ci ildən Azərbaycanı təmsil edir. Həmin il yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bir il sonra isə yeniyetmələr arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib oldu. 2022-ci ildə bu səfər Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurdu.
2023-cü ilin iyununda Polşada Avropa Oyunlarının bürünc medalına sahib oldu, avqustda isə Estoniyada Avropa Çempionatının qalibi oldu.
Qaşım Maqomedov 2023-cü ildə Çində baş tutan Grand Slam turnirində nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.
2024-cü ilin aprelində Belqrad şəhərində (Serbiya) Avropa Çempionatını bürünc medalla başa vurdu.
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2024-cü ilin yekunlarına əsasən ədalətli oyun prinsiplərinə sadiq idmançı kimi Qaşım Maqomedov təyin etdi
2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi taekvondoçuları Kateqoriya:Azərbaycanın olimpiya taekvondoçuları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:2024 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Azərbaycan idmançıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Taekvondo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Taekvondo üzrə Avropa çempionları Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar