Bəluc Milliyyətçi Ordusu ()Anti-China Pakistan separatist group dissolves as leader surrenders . —Bəlucistan əyalətinin ayrılması uğrunda döyüşən silahlı qruplaşma. Qruplaşma 11 yanvar 2022-ci ildə Bəluc Respublika Ordusu və Birləşmiş Bəluc Ordusunun birləşməsindən yaradılmışdır. Onlar hər ikisi Bəluc Milliyyətçi Ordusunun yaradılmasından sonra özlərini ləğv etdiklərini elan etmişdilər.
Yarandığı gündən qruplaşmaya 2023-cü ildə Pakistan dövlətinə təslim olan qurucusu Gülzar İmam rəhbərlik edirdi. Gülzarın təslim olmasından sonra dəstənin gücü xeyli azalmışdır. Sərfüraz Bəngülzay Gülzarın yerinə keçmiş və 2023-cü ilin dekabrında təslim olana qədər qrupun rəhbəri olmuşdur.Key militant commander surrenders in Pakistan . 20 December 2023. Anadolu Agency. Qruplaşma ali liderinin və üzvlərinin təslim olmasından sonra ləğv olunmuşdur.
İstinadlar
Kateqoriya:Bəlucistan Kateqoriya:Siyasi tarix Kateqoriya:Asiya cəmiyyəti Kateqoriya:Milli azadlıq hərəkatı