Xavəran qəbiristanlığı () — İranın paytaxtı Tehranın cənub-şərqində yerləşən nizamsız, nişansız qəbiristanlıq. Qəbiristanlıqdakı qəbirlərin üzərində heç bir işarə yoxdur. İran İslam Respublikası ölənlərin ailələrinin qəbiristanlıqda yas saxlamasına icazə vermir və qəbiristanlıqda dəfn edilənlərin kimliyi onların yaxınlarına məlum deyil.http://www.alborznews.eu/index.php/accordion-a/2012-06-09-18-51-24/10498-madaran70.html Xavəran əvvəlcə dini azlıqlar üçün ənənəvi dəfn yeri olmuşdu, "çünki onlar mürtəd olublar və müsəlmanların istirahət yerlərini çirkləndirməməlidirlər". 1988-ci ildə İran İslam Respublikası tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi edamları zamanı hökumət Xavərandan öldürülənlər üçün kütləvi məzarlıq yeri kimi istifadə etmişdir. Qəbiristanlığın siyasi məhbusların dəfn olunduğu hissəsi xalq arasında "Lənətabad" () kimi tanınır.

İstinadlar

Kateqoriya:Tehran qəbiristanlıqları Kateqoriya:İranda siyasi məhbusların edamı (1988) Kateqoriya:İranda insan hüquqları