Yeliz Açar () — müdafiəçi kimi çıxış edən türk əsilli azərbaycanlı futbolçu.

O, Fatih Vatan Spor klubunda müdafiəçi kimi çıxış edir. 17 yaşadək qızlardan ibarət Türkiyə millisinin, daha sonra isə Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvü olub.

Klub karyerası Açar karyerasına 19 mart 2010-cu ildə Zeytinburnu Sporda başlayıb. O, 2011–12 Qadınların İkinci Liqası mövsümündə Akdeniz Nurçelik Sporda debüt etdi. Növbəti mövsüm klubun adı Akdeniz Nurçelik Spor olarak dəyişdirildi. Daha sonra 2013-cü ilin sentyabrında gənc idmançı Lüleburgaz 39 Sporla müqavilə imzaladı. Lakin klub liqadan çıxdı. Beləliklə Türkiyə Futbol Federasiyasının nizamnaməsinə əsasən, o 2013–14 mövsümündə başqa kluba transfer oluna bilmədi. Həmin mövsümün ikinci yarısında Karadeniz Ereğli Belediyespora transfer oldu. Ereğlispor 2013–14 Qadınlar Birinci Liqasında oynadı. Qısa müddət Karadeniz Ereğlidə oynadıqdan sonra İstanbula qayıtdı və Türkiyə Qadınlararası Üçüncü Futbol Liqasında "Beşiktaş"a qoşuldu. 2014–15 mövsümünün sonunda o, komandasının Qadınların İkinci Liqasına və növbəti mövsümdə Qadınların Birinci Liqasına yüksəlməsinə töhfə verdi. Beşiktaşda üç mövsüm keçirdikdən sonra 2017–18 Qadınlar Birinci Liqasında oynamaq üçün Fatih Vatan Spor ilə müqavilə imzaladı.

Milli komanda karyerası

Türkiyə Açar 2013-cü ilin martında İsveçrə ilə yoldaşlıq oyununda Türkiyənin 17 yaşadək qızlardan ibarət yığmasının heyətində iştirak edib.

Azərbaycan Açar Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvüdür. Açar UEFA Qadınlar arasında Avro 2022 seçmə D qrupunun üç matçında və 2023 FIFA Qadınlararası Dünya Çempionatının seçmə mərhələsinin üç matçında — UEFA E Qrupunda oynayıb.

Karyera Statistikası KlubMövsümLiqaKontinentalMilliCəmiDiviziyaOyunlarQollarOyunlarQollarOyunlarQollarOyunlarQollarIstanbul Nurçelik Spor2011–121 0 – – 0 0 1 0Akdeniz Nurçelik Spor2012–13İkinci Liqa5 3 – – 1 0 6 3Cəmi6 3 – – 1 0 7 3Kdz. Ereğlispor2013–14Birinci Liqa2 0 – – 0 0 2 0Cəmi2 0 – – 0 0 2 0Beşiktaş J. K.2014–15Üçüncü liqa16 3 – – 0 0 16 32015–16İkinci Liqa18 0 – – 0 0 18 02016–17Birinci Liqa7 0 – – 0 0 7 0Cəmi41 3 – – 0 0 41 3Fatih Vatan Spor2017–18Birinci Liqa17 1 – – 0 0 17 12018–19Birinci Liqa16 0 – – 0 0 16 02019–20Birinci Liqa13 0 – – 0 0 13 02020–21Birinci liqa6 0 – – 4 0 10 02021–22Super Liqa23 1 – – 3 0 26 12022–23Super Liqa17 0 – – 0 0 17 02023–24Super Liqa14 0 – – 0 0 14 0Cəmi106 2 – – 7 0 113 2Karyera cəmi155 8 – – 8 0 163 8

Uğurları thumb|266x266px|2017–18 Qadınlar Birinci Liqasında Fatih Vatan Spordan Yeliz Açar (sağda), Kireçburnu Spordan Merve Aladağ

Qadınların 1-ci Liqası Beşiktaş JK İkinci : 2016–17

Fatih Vatan Spor İkinci : 2020–21

Türkiyə Qadınlar İkinci Futbol Liqası Beşiktaş JK Qaliblər (1): 2015–16

Türkiyə Qadınlar Üçüncü Futbol Liqası Beşiktaş JK Qaliblər (1): 2014–15

Qalereya

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Türkiyənin qadın futbolçuları

Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları