Böyük Tağlar (əvvəlki adı: Metstağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Metstağlar kəndi Böyük Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Böyük Tağlar kəndi 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası XIX əsrdə burada gəlmə ermənilər yerləşdirildikdən sonra kəndin adı tədricən erməniləşdirilərək Metstağlar (mets ermənicə "böyük" deməkdir) kimi rəsmiləşdirilmişdi. Toponimin əsasını təşkil edən taq/tağ sözü türk dillərində "sahə", "məhəllə", "yer" mənasındadır, -lar cəm şəkilçisi, böyük isə fərqləndirici sözdür. 1992-ci ildən kəndin adı özünə qaytarılmışdır.
Tarixi
Tarixi abidələri Böyük Tağlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi237Məbəd1241-ci ilBöyük Tağlar kəndiMemarlıqÖlkə1118Tağlar mağarasıDaş dövrüBöyük Tağlar kəndiArxeolojiÖlkə
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
Tanınmış şəxslər Sergey Xudyakov — Sovet İttifaqının aviasiya marşalı.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Hadrut rayonunun kəndləri Kateqoriya:Böyük Tağlar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri