Bilge Su Koyun () – azərbaycanlı peşəkar qadın futbolçu. Türkiyə Qadınlar Superliqasında oynayan "Fatih Vatan Spor" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A Milli yığmasının yarımmüdafiəçisi

Həyatı və Karyerası O, 3 iyul 1999-cu ildə Türkiyənin İstanbul vilayətinin Bahçelievler rayonunda anadan olub.

Bilge Su Koyun, peşəkar futbola 30 may 2014-cü ildə Beşiktaşda başlayıb.

2014/2015-ci illərdə Türkiyə Qadınlar Üçüncü Liqasında oynamağa başlayıb. Onun komandası həmin mövsümün sonunda İkinci Liqaya yüksəlib. O, həmin mövsümü komandası ilə qalib kimi başa vurub komandasını Birinci Liqaya yüksəldib.

2018/2019 Birinci Liqa mövsümündə "Fatih Vatan Spor"a transfer olub.

Milli karyerası

Türkiyə O, 17 yaşadək qızlardan ibarət Türkiyə yığmasına qəbul edilib və 20 oktyabr 2015-ci ildə İrlandiya ilə 2016-cı il UEFA-nın 17 yaşadək qızlar arasında seçmə mərhələsi — Qrup 1 oyununda debüt edib.

Bilge Su Koyun, çempion olan 2016 UEFA İnkişaf Turnirində oynamaq üçün Türkiyənin U-19 qadınlardan ibarət komandasına çağırılıb. O, 2017-ci il UEFA U-19 Çempionatının seçmə mərhələsində – 10-cu qrupda, 2017-ci il UEFA U-19 qadınlararası çempionatının seçmə mərhələsində – Elit raund 2-də, 2018-ci il UEFA U-19 Çempionatının seçmə mərhələsində – 10-cu qrupda və 2018-ci il UEFA U-19 Çempionatında iştirak etmişdir.

Azərbaycan 2021-ci ildə Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvü olub. Bilge Su Koyun, 2023 FİFA Qadınlararası Dünya Çempionatının seçmə mərhələsinin — UEFA E qrupunun altı oyununda iştirak edib.

Uğurları .

Klub Beşiktaş frameless|16x16px Türkiyə Qadınlar İkinci Futbol Liqası: Çempion (1): (2015/2016) frameless|16x16px Türkiyə Qadınlar Üçüncü Futbol Liqası: Çempion (1): (2014/2015) frameless|16x16px Türkiyə Qadınlar Birinci Futbol Liqası: Gümüş (2): (2016/2017, 2017/2018) Fatih Vatan Spor frameless|16x16px Türkiyə Qadınlar Birinci Futbol Liqası: Gümüş (1): (2020/2021) Beynəlxalq Türkiyə frameless|16x16px UEFA U19 Qadınlar Turniri: Çempion (1): (2016)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkiyə əsilli azərbaycanlılar Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyənin qadın futbolçuları Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları