Qaratəpə (, ) — İraqın Diyalə mühafəzəsinin Kifri qəzasında şəhər. Əhalisi əsasən şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Kifridən cənubda yerləşir. Şəhərin adı Türk mənşəlidir.
Tarix 1820-ci ildə Klaudi Riç Qara Təpəyə baş çəkərək onu türkmənlərin məskunlaşdığı bir kənd kimi təsvir edir. 1805-ci ildə 700 evi var idi amma kəndin əhalisi hökumət zülmündən buranı tərk etdiyi üçün, buradakı evlərin sayı 75-ə düşmüşdür. Ceyms Bukingem 1820-ci illərdə Qaratəpəyə baş çəkmiş və onu türkmənlərin məskunlaşdığı kənd kimi təsvir etmişdir. O, kəndin əhalisini 1000 nəfər və sahəsini Kifrinin yarısı qədər qiymətləndirmişdir.
İstinadlar
Mənbə
Kateqoriya:İraqdakı Türkman yaşayış məntəqələri