Abdulla Rzayev () — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında "Sabah"ın müdafiəçisi. Hazırda "Araz-Naxçıvan"da icarədə çıxış edir.

Klub karyerası "Sabah"ın yetirməsidir. Burada bir dönəm əvəzedici komandaya göndərilmişdir.

20 iyul 2022-ci ildə Rzayev "Sabah"dan icarə əsasında "Şamaxı"ya keçdi, Azərbaycan Premyer Liqasında 27 avqust 2022-ci ildə "Qarabağ"a qarşı debüt etdi.

3 yanvar 2023-cü ildə Rzayev Şamaxı ilə icarə müqaviləsindən geri çağırıldı və sonra mövsümün qalan hissəsi üçün icarə əsasında "Kəpəz"ə keçdi.

Premyer Liqada ilk qolunu "Araz-Naxçıvan"ın heyətində, 26 may 2024-cü ildə, Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – XXXVI turu çərçivəsində "Qarabağ"a qarşı evdə keçirilən 2:2 hesabıyla yekunlaşan görüşün 58-ci dəqiqəsində vurub.

2025-ci ilin yayında "Turan Tovuz"a icarə əsasında keçdi. 2025/26 mövsümünün sonunda klubdan ayrıldı.

13 avqust 2026-cı ildə icarə əsasında "Araz-Naxçıvan"a transfer olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar