Nikolina Başnakova (d. 29 mart 1998) — Azərbaycanın qadınlardan ibarət voleybol komandasının üzvü.

Klub karyerası İlk dəfə 2015-2016-cı illərdə Azərreyl QVK klubunun heyətində debüt edib. 2016-2018-ci illərdə Bursa BBSK klubunun heyətinə, 2018/2019-cu illərdə və 2020-2021-ci illərdə Sarıyer Belediyesi klubuna transfer olunub.

2021-2022-ci illərdə MCM-Diamant KNRC klubunda çıxış edib.

2022-2023-cü illərdə Benedik RA klubu onu öz heyətinə qatıb.

2023-2024-cü illər mövsümünü İtaliyanın Pallavolo C.B.L. Kosta Volpino komandasının heyətində keçirib.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları Kateqoriya:İqtisadçı VK voleybolçuları