Bağbanlar (əvvəlki adı: Arxangelovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Arxangelovka kəndi Bağbanlar kəndi və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd Soveti adlandırılmışdır.
Toponimikası Kəndin keçmiş adı Arxangelovka olmuşdur. XX əsrin əvvəllərində Rusiyanın Arxangelsk vilayətindən köçüb gələnlər burada məskunlaşmış, köhnə yaşayış yerlərinin adını yeni məskənlərinə vermişdilər. 1991-ci ildən kəndin adı Bağbanlar kimi rəsmiləşmişdir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. Bəzi ədəbiyyatlarda və yerli əhalinin dilində Bağmanlar variantı da işlənir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Mahmudçala gölündən bir qədər aralı, Muğan düzündə, rayonun şimal-qərb istiqamətində yerləşir. Aranlı, Çinarlı, Zəhmətabad, Əliabad kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993452158018722009↗3992↗1930↗2062
İqtisadiyyatı Kənddə 980 təsərrüfat var.
Mədəniyyəti Kənddə Bağbanlar kənd kitabxana filialı, Bağbanlar kənd Mədəniyyət Evi, Bağbanlar Poçt Şöbəsi (AZ1312) və Bağbanlar EATS fəaliyyət göstərir.
Təhsil Kənddə Bağbanlar kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə 1993-cü ildə inşa edilmiş Bağbanlar kənd məscidi yerləşir.
Səhiyyə Kənddə Bağbanlar kənd həkim məntəqəsi yerləşir.
İstinadlar
Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Bağbanlar (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri